Yuxarı

Hakimlərin qırğını: “Xaqani Məmmədov qara qüvvədir”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hakimlərin qırğını: “Xaqani Məmmədov qara qüvvədir”

Azərbaycanda futbol hakimləri arasında qalmaqal böyüyür. Anar Salmanovun FİFA hakimliyindən uzaqlaşdırılması ciddi təpkilərlə qarşılanıb.

Axar.az xəbər verir ki, gənc hakimin karyerasına zərbə vurulmasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov ittiham olunur.

Bu qalmaqala artıq keçmiş FİFA dərəcəli hakim Babək Quliyev də qoşulub. O, "Apasport.az"a açıqlamasında X.Məmmədovu günahlandırıb. B.Quliyev deyib ki, Anar Salmanov yaxşı hakimdir:

"34 yaşında istedadlar qrupunda olan ikinci kateqoriyalı hakimi uzaqlaşdırdılar. Sənin onunla problemin varsa, bu, başqa məsələ. Amma Avropa ona dəyər verirsə, niyə imkan vermirsən irəli getsin?

Avroliqanın qrupuna təyinat almaq üçün mütləq birinci kateqoriyan olmalıdır. Anar Salmanov ikinci kateqoriyalı idi, yeni gələn isə üçüncü kateqoriyadan başlayacaq. Anar da son oyunların hamısında yaxşı qiymət alıb. Bəlkə ona elə 1-ci kateqoriyanı verəcəkdilər.

Dünyanın heç bir yerində yanlış penalti verməyə görə hakimi il yarımlıq cəzalandırmırlar. Uzaqbaşı 10 oyunluq cəza olar. Azərbaycanda Anardan beş-betər səhvlər edən hakimlər var. Amma onlara 4-5 turdan sonra yenə təyinat verirlər".

B.Quliyev yada salıb ki, 2009-cu ildə Xaqani Məmmədov 2014-cü ildəki dünya çempionatında Azərbaycan hakimi olacağını demişdi:

"O gün də deyir ki, 2018-ci ildəki mundialda olacaq. Bu, milləti həyasızcasına aldatmaqdır. İnsan nə qədər həyasız olar?

Dünya çempionatında oyun idarə etmək üçün gərək elit kateqoriyan olsun. Sən 2-ci kateqoriyalı hakimi irəli getməyə qoymursan, atırsan mitilini bayıra. Azərbaycan hakimi dünya çempionatına necə getsin? Mənə maraqlı gəlir, AFFA rəhbərliyi onun sözlərinə necə inanır? Anar Salmanovun uzaqlaşdırılması Azərbaycan hakimliyinin bərbad vəziyyətdə olduğunu bir daha sübut edir".

Keçmiş hakim onu paxıllıqda günahlandırıb: "Xaqani Məmmədov hakimlik edən dövrdə Tahir Süleymanov ondan güclü idi. Torbasını tikdi, vurdu onu. Ondan sonra İmanxan Sultaninin başına eyni oyunu açdı. Mənə gəlincə, Avroliqanın qrup mərhələsinə düşmək şansım çox idi. Məni də vurub çıxartdı. İndi də Anar Salmanov... Bütün bunlar Xaqani Məmmədovun dövründə olub. Bu adam paxıldı, kin-küdurətlidi, qara qüvvədir, gəlib Azərbaycan hakimliyinə. Bu adam Azərbaycan hakimliyinə mənfi mənada nələr etməyib? Bunu təkcə mən demirəm. O dövrdə olan hakimlərin hamısı bu düşüncədədir".

Tarix
2014.12.16 / 21:49
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla