Yuxarı

Güləşçilərimiz Avropa çempionu oldu - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güləşçilərimiz Avropa çempionu oldu - Video

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.

Axar.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

1/4 finaldan mübarizəyə qoşulan Məlik Əliyev İsrail təmsilçisinə heç bir şans verməyərək adını yarımfinala yazdırıb. Belarus güləşçisinə də gücünü göstərən Əliyev finala vəsiqə qazanıb. İyunun 18-də baş tutan həlledici qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rusiya güləşçisiylə görüşdə 0:3 hesabıyla geridə olan Məlik əzmkarlıq nümayiş etdirərək hesabı xeyrinə dəyişib və Avropa çempionu olub!

Nihat Məmmədli gərgin keçən ilk görüşdə Rusiya pəhləvanını üstələyib. Məmmədli növbəti qarşılaşmada türk güləşçidən güclü olub və o da yarımfinala adlayıb. Finalın bir addımlığında Ermənistan güləşçisiylə üz-üzə gələn Nihat prinsipial qarşılaşmadan da üzüağ çıxıb. İlk hissədə qazandığı 4 xallıq üstünlüyü sona kimi qoruyan pəhləvanımız finala çıxıb. İyunun 18-də baş tutan son görüş də güləşçimizin başdan sona üstünlüyü ilə keçib. Belarus idmançısına vaxtından əvvəl qalib gələn Məmmədli Avropa çempionu olub!

Xasay Həsənli qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz ilk görüşdə macar rəqibini vaxtından əvvəl məyus edib. Həsənli Xorvatiya idmançısına da göz açmağa imkan verməyib. Rəqibinə ilk hissədə qalib gələn Xasay yarımfinala yüksəlib. Həsənli bu mərhələdə Rusiya təmsilçisinə uduzub. Xasay iyunun 18-də 3-cü yer uğrunda görüşdə Gürcüstandan olan rəqibinə ilk hissədə qalib gəlməklə bürünc medalı boynundan asıb.

Əlisəftər Məmmədli ilk mərhələdə Xorvatiya güləşçisinə qalib gəlib. Ancaq Əlisəftər növbəti görüşdə moldovalı həmkarıyla bacarmayıb.

Əli Fərmanov Ukrayna idmançısına məğlub olub.

48 kq

1/4 final - Məlik Əliyev - Melkamu Fetene (İSR) 9:0

1/2 final - Məlik Əliyev - Maksim Stupakeviç (BLR) 4:1

FİNAL - Məlik Əliyev - Damir Kalakutok (RUS) 5:3

55 kq

1/8 final - Nihat Məmmədli - Artyom Kolesnik (RUS) 3:1

1/4 final - Nihat Məmmədli - Seyitcan Beytekin (TUR) 8:0

1/2 final - Nihat Məmmədli - Varujan Antonyan (ARM) 4:0

FİNAL - Nihat Məmmədli - Qleb Makaranka (BLR) 9:0

65 kq

1/8 final - Xasay Həsənli - Atilla Toesmaqi (HUN) 12:1

1/4 final - Xasay Həsənli - Kristian Bosnyak (CRO) 10:0

1/2 final - Xasay Həsənli - İmran Baboçiyev (RUS) 0:5

Bürünc medal görüşü - Xasay Həsənli - Nikolos Marqvelaşvili (GEO) 9:0

80 kq

Təsnifat - Əlisəftər Məmmədli - Tomislav Brkan (CRO) 3:1

1/8 final - Əlisfətər Məmmədli - Qabriel Lupasko (MDA) 1:4

110 kq

Təsnifat - Əli Fərmanov - Mixaylo Vişnivetski (UKR) 1:7

Tarix
2019.06.18 / 22:47
Müəllif
Axar.az
Digər xəbərlər

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla