Yuxarı

Qurban Qurbanov: Sürprizlərə hazır olmalıyıq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban Qurbanov: Sürprizlərə hazır olmalıyıq

Bizi çətin oyun gözləyir. Ötən il də Albaniyada oynamışıq və bilirik ki, azarkeşləri komandalarını sonadək dəstəkləyir. Rəqib futbolçular çox xarakterlidirlər. Rəqibin baş məşqçisi, oyun sistemi yenidir. Biz rəqibdən sürprizlər gözləyirik və buna hazır olmalıyıq.

Axar.az xəbər verir ki, bu fikirləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə Albaniyanın "Partizani" klubu ilə keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli çalışdırıcısı bildirib: “Bu mərhələdə uduzmağımızı faciə saymaq düzgün deyil. Dünya futbolunda hər şey mümkündür, önəmli olan səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Nəticəyə gəlincə, biz burada qələbə qazanmaq istəyirik. Amma sərfəli nəticə qazanmaq daha vacibdir. Bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar”.

Klubun albaniyalı sabiq müdafiəçisi Ansi Aqolli barədə danışan baş məşqçi deyib: “Aqolli bizim komandamızdan yox, ailəmizdən gedib. Bir baş məşqçi kimi həmişə arzulamışam ki, komandamda Ansi Aqolli kimi yaxşı insan və futbolçular çox olsun".

Tarix
2019.07.09 / 22:26
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla