Yuxarı

Rövnəq Abdullayevdən telefon göstərişi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rövnəq Abdullayevdən telefon göstərişi

Azərbaycan millisi yaxın günlərdə yeni sponsorla müqavilə bağlayacaq. Məlumata görə, 2014-cü ildən yığmamızın sponsoru "Bakcell" şirkəti olacaq.

Bu yaxınlarda AFFA ilə mobil operator arasında müqavilə də imzalanacaq. Anlaşmanın müddəti də həmin tədbirdə açıqlanacaq. Hazırda Azərbaycan futbolu ilə bağlı bir neçə layihənin sponsoru olan "Bakcell" əsas komandaya da dəstək olacaq.

Qeyd edək ki, yığmanın əvvəlki sponsoru digər mobil operator "Azercell" idi. AFFA bu şirkətlə 2009-cu il mayın 24-də əməkdaşlıq haqda müqavilə imzalamışdı.

"Azercell" AFFA ilə müqavilədən imtina etdikdən sonra "Bakcell"e əməkdaşlığa başlayıb. Və artıq bu əməkdaşlığın ilk konturları üzə çıxıb. Söhbət ondan gedir ki, "Azercell"ə əməkdaşlıq edilən 4 il ərzində AFFA-nın əməkdaşları, federasiyanı bütün qrumlarının işçiləri məcburən "Azercell" nömrələri işlədirdilər. Amma bu həftəinin ilk günündən hamıdan total qaydada "Baksell" nömrələrnə keçirilib. Hətta AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu məcburən "Feysbuk" səhifəsində belə bir status yazıb : "Hörmətli dostlar, məlumat üçün bildirirəm ki, mobil nömrəm dəyişib. Bu gündən bu nömrədə olacam: 055 511 20 03. Nəzərə almağınızı xahiş edirəm".

AFFA-dakı mənbənin məlumatına görə, bu barədə Rövnəq Abdullayev göstəriş verib. AFFA işçiləri də bu göstərişə riayət etmək məcburiyyətində qalıblar. Hətta iş o yerə çatıb ki, Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsu belə nömrəsini dəyişməyə məcbur ediblər.

Tarix
2013.12.11 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyən qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla