Yuxarı

Azərbaycan bunu asanlıqla qazanmayıb - Millət vəkili

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bunu asanlıqla qazanmayıb - Millət vəkili

Azərbaycan mötəbər XV Avropa Gənclər Yay Olimpiya yarışına ev sahibliyini asanlıqla qazanmayıb.

Axar.az xəbər verir ki, bu sözləri bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına münasibət bildirən millət vəkili Aydın Mirzəzadə qeyd edib. O bildirib ki, ölkəmizdəki təhlükəsizlik, müasir idman obyektlərinin mövcudluğu, əlverişli turist və əyləncə marşrutları, tələblərə cavab verən nəqliyyat servisi Bakını cəlbedici edib:

"Azərbaycan növbəti dəfə öz qapılarını dünyaya açır. Avropanın 48 ölkəsindən 3900 atlet 12 idman növü üzrə 135 dəst medal uğrunda mübarizə aparacaq. Ölkəmiz idman bayramında 122 idmançı ilə təmsil olunur.

On minlərlə xarici ölkə vətəndaşı növbəti dəfə Azərbaycanı görəcək, tariximizi, mədəniyyətimizi öyrənəcək, dövlətimizin inkişafı ilə tanış olacaq. Festivala gələnlərin bir qismi diyarımızda bines qurmaq fikrinə düşəcək.

Azərbaycan növbəti dəfə dünya mediasının diqqətində olacaq, internetdə axtarış sistemlərində "Azərbaycan", Bakı" sözlərinə axtarışların sayı artacaq.

Olimpiya Festivalında idmançılarımızdan uğurlar gözləyirik. Bu statusu hazırlayarkən saytlarda oxudum ki, güləşçilərimiz ilk qələbələrini qazanıblar. Növbəti qələbə xəbərlərini də eşidəcəyik.

İrəli, Azərbaycan!"

Tarix
2019.07.21 / 13:07
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir - Video

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

Prezident Karla Kanqaluya məktub ünvanladı

İlham Əliyev Japarovu təbrik etdi

İlham Əliyev Şimali Kipr prezidentinə başsağlığı verdi

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla