Yuxarı

Moskvada gimnastımızdan böyük uğur

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada gimnastımızdan böyük uğur

Rusiyanın paytaxtı Moskva şəhərində bədii gimnastika üzrə gənclər arasında ilk dünya çempionatı yekunlaşıb.

Axar.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yığma komandamızın üzvü, fərdi proqramda ölkəmizi təmsil edən Arzu Cəlilova çempionatın iki medalına sahiblənib. Gənc gimnastımız ilk olaraq, iplə kompozisiyasına görə 17.400 xalla bürünc medal qazanıb. Arzunun ikinci final çıxışı isə topla olub. Təmsilçimiz bu proqramda daha da uğurlu çıxış nümayiş etdirərək 19.200 xalla gümüş medala layiq görülüb.

Digər fərdi gimnastımız Nərminə Səmədova da bu gün xalça üzərində iki final çıxışı icra edib. Nərminə gürzlərlə 16.700 xal toplayaraq yeddinci, lent ilə çıxışına görə isə 15.825 xalla beşinci yerdə qərarlaşıb.

Qrup hərəkətləri komandalarına gəldikdə isə Azərbaycan təmsilçiləri Fəridə Səfiyarzadə, Selcan Hacızadə, Ləman Əlimuradova, Milana Əkbərova və Mədinə Əsədova beş halqa ilə icra etdikləri kompozisiyalarına görə finalçılar arasında olublar. Gənclərdən ibarət komandamızın final çıxışı 19.950 xalla dəyərləndirilib və onlar çempionatı yeddinci olaraq başa vurublar.

Tarix
2019.07.21 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla