Yuxarı

"Qarabağ" oynadığımız ən yaxşı rəqiblərdəndir"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" oynadığımız ən yaxşı rəqiblərdəndir"

Həqiqətən çox çətin sınaq olacaq. Oyunda səbirli olmalıyıq. Rəqibin topa daha çox nəzarət edəcəyini başa düşməliyik. Buna uyğun taktika seçməliyik. Bizim də yaxşı hücumçularımız var. Ancaq avrokuboklarda qol vurmağımız problemdir.

Qol.az xəbər verir ki, bu sözləri “Dundalk”ın baş məşqçisi Vinni Pert Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində sabah “Qarabağ”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis əvvəlki açıqlamalarında olduğu kimi, bu dəfə də "Qarabağ" haqda müsbət fikirlər söyləyib: "Düşünürəm ki, “Qarabağ” son 6-7 ildə oynadığımız ən yaxşı rəqiblərdən biridir. Onların texniki ustalıqlarını qeyd edərdim. “Qarabağ”ın bu cəhəti onları digər rəqiblərimizdən üstün edir.

Son vaxtlar İrlandiya futbolunda vəziyyət yaxşı deyi. Ötən həftə "Riqa"nı keçməyimiz bizdə nikbinlik yaradıb. Məqsədimiz bunu sabah da davam etdirməkdir. Qalib gəlmək şansımız var. Ancaq çox çətin olacağını bilirik. Səviyyəimizi artırmalıyıq".

V.Pert sonda azarkeşlərdən dəstək istəyib: “Əgər ötən həftə uğurumuza görə bizi təbrik edənlər sabah bir yerə yığılsa, kifayət qədər dəstəyimiz olacaq. Bura kiçik şəhərdir. Təxminən 40 min nəfər yaşayır. Ötən həftə bu insanların yarısı bizi dəstəklədi".

Tarix
2019.07.23 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla