Yuxarı

Azərbaycanın qılıncoynadanı Antalyada qalib oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın qılıncoynadanı Antalyada qalib oldu

Azərbaycanın qadın qılıncoynadanı Anna Başta Türkiyənin Antalya şəhərində keçirilən “Satellite” seriyalı turnirdə iştirak edib.

Axar.az xəbər verir ki, o, turnirin qalibi adını qazanıb. Qrup mərhələsini mütləq nəticə (5 qələbə) ilə başa vuran A.Başta onaltıdabir finalda tunisli Amira Ben Çaabaneni 15:11 hesabı ilə məğlub edib. Təmsilçimiz səkkizdəbir finalda özbəkistanlı Paolo Pliegoya da eyni hesabla (15:11) qalib gəlib. İdmançımız dörddəbir finalda, qrup mərhələsini 3 qələbə ilə başa vuraraq onaltıdabir finalda Sevinc İsmayılovanı (Özbəkistan) 15:12, səkkizdbirdə finalda isə Alexandra Romero Benitezi (Venesuela) 15:11 hesabı ilə məğlub edən Səbinə Kərimova ilə qarşılaşıb. Sablyaçılarımızın dueli A.Baştanın 15:12 hesablı qələbəsi ilə başa çatıb. Anna yarımfinalda Türkiyə idmançısı Nisanur Erbil üzərində 15:5 hesablı qələbə qazanaraq turnirin finalına yüksəlib. Həlledici görüşdə Kanada sablyaçısı Qabriella Peycə 15:9 hesablı ilə qalib gələn Anna Başta turnirin qızıl medalını qazanıb.

Digər sablyaçılarımızdan qrup mərhələsini 5 qələbə ilə başa vuran Sevil Bünyatova onaltıdabir finalda türkiyəli rəqibi Busra Nura 15:7 hesabı ilə qalib gəlsə də, səkkizdəbir finalda özbəkistanlı Yana Obvintsevaya 9:15 hesabı ilə uduzub.

Qrupu 3 qələbə ilə bitirən Valeriya Bolşakova isə 1/16 finalda sinqapurlu Colie Li Kar Yini 15:8 hesabı ilə məğlub etsə də,1/8 finalda Türkiyə təmsilçisi İrina Şçukla bacarmayıb - 10:15.

Qrupda keçirdiyi görüşlərdə yalnız 1 qələbəsi olan Aysel Əhədova isə mübarizəni erkən dayandırıb.

Tarix
2019.10.20 / 20:55
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla