Yuxarı

Komandada yorğunluq var - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komandada yorğunluq var - Qurbanov

Çətin oyun oldu. Son vaxtlar komandada həm psixoloji, həm də fiziki yorğunluq var. Xallarımızın üstünə biri də gəldi. Heyətdə çoxlu dəyişiklik etmişdik. Zədəli oyunçularımız çoxdur. Futbolçular çox əziyyət çəkdi. Qələbə qazanmaq istəyirdik.

Report xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XI turunda evdə "Zirə" ilə heç-heçə etdikləri (1:1) matçdan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, avrokuboklardakı matçdan iki gün sonra çempionat oyunlarına çıxırlar:

"Oyunçuları hazırlaşdırmaq istəsək də, psixoloji gərginlik olur. Bəzən istədiyimiz heyəti formalaşdıra bilmirik. Komandanı hazır vəziyyətdə saxlamaq asan deyil. Çempionatdakı nəticələrimiz pis deyil. Gərginlik var, amma çalışırıq ki, bunu aradan qaldıraq. Özüm də bu matça tam hazırlaşmışam. İstənilən halda ağlımızda APOEL-lə matçın nəticəsi qalır. Gələcəkdəki matçlara baxmalıyıq".

Təcrübəli məşqçi Avropa Liqasındakı şanslarından da söz açıb:

"Oyundan sonra da bildirmişdim ki, sona kimi mübarizə aparacağıq. Qarşıdakı matçlarda nə olacağını bilmək olmaz. Şans varsa, bundan maksimum yararlanmağa çalışacağıq. Həm futboluçular, həm də mən buna inanıram".

Qurbanov komandakı zədəli oyunçuların vəziyyəti barədə də danışıb:

"Dani Kintana bir həftə sonra məşqlərə başlayacaq. İnanmıram ki, Filip Ozobiç bu il meydana çıxsın. Mahir Emreli isə fitnesdə hazırlıqlara başlayıb. Dani və Mahir "Sevilya" ilə görüşdə meydanda ola bilərlər".

Tarix
2019.11.11 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev qazaxıstanlı nazirləri qəbul etdi - Foto

İranın şərtləri budur - ABŞ qəbul edə bilməz!

Bu, İran üçün qələbə deməkdir

Rəsmi Bakıdan ABŞ və İran arasındakı atəşkəsə reaksiya

Litva baş naziri Azərbaycana gəlir

Netanyahu sülhə imkan vermir: hücuma keçdi

XİN-dən Ağdaban qətliamı ilə bağlı açıqlama

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla