Yuxarı

Azərbaycanla matçda bundan narazı qaldım - Giqqz

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim üçün hesab qənaətbəxş idi. Komandadan razı qaldım. Bəzi şeyləri inkişaf etdirmək olar. Oyunda təzyiq də var idi.

Qol.az-ın məlumatına görə, bu fikirləri Uels millisinin baş məşqçisi Rayan Giqqz Avro-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qalib gəldikləri (2:0) oyundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, bundan əvvəl çətin oyunları olub: “Azərbaycan coğrafi baxımdan rahat gələ biləcəyimiz ölkə deyil. Rəqib evdə oynasa da, yaxşı nəticə qazana bildik”.

Məşqçi deyib ki, Azərbaycanla matç da digər oyunlar kimi çətin keçib: “Bu gün Macarıstan qrupda istirahət edir və bu növbəti matçda onlara əlavə güc verə bilər. Azərbaycanla qarşılaşmada bəzi künc zərbələrindən istifadə edə bilmədik, bundan narazıyam”.

Giqqz Qaret Beyl və Aaron Remsinin Macarıstanla növbəti oyunda meydana start heyətində çıxa biləcəyini vurğulayıb: “Biz oyunlarda dəyişikliklərin faydalı olmasına çalışırıq. Ona görə də bu gün Remsi start heyətdə yox idi. Ona istirahət verdik”.

Tarix
2019.11.17 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla