Yuxarı

Azərbaycanda idman sahəsində ilin ən yaxşıları seçildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda idman sahəsində ilin ən yaxşıları seçildi

İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri" layihəsi çərçivəsində keçirdiyi sorğuya yekun vurulub.

7 nominasiya üzrə 2013-cü ilin ən yaxşılarının seçimi məqsədilə sorğuya Azərbaycanın 34 KİV-ini təmsil edən idman jurnalistləri qatılıblar.

Onlar seçimlərində hər nominasiya üzrə 1-i olmaqla, ən yaxşı hesab etdiklərinin adlarını göstəriblər. Səsvermənin yekununda "İlin əcnəbi futbolçusu" nominasiyasında Ağdamın "Qarabağ" futbol komandasının yarımmüdafiəçisi Reynaldo Dos Santos Silva aşkar üstünlüklə fərqlənib. "Bakı" klubunun prezidenti Hafiz Məmmədov "İlin idman xadimi", şahmat üzrə Azərbaycanın kişilərdən ibarət millisi "İlin komandası", "Qarabağ"a rəhbərlik edən Qurban Qurbanov "İlin baş məşqçisi" nominasiyasında ən yaxın izləyicilərini böyük fərqlə qabaqlayıb.

Qalan 3 sorğu üzrə səsvermədə gərgin rəqabət yaşanıb. Yekunda "İlin futbolçusu" nominasiyasında "Bakı" klubunun qapıçısı Kamran Ağayev, "İlin idmançısı" nominasiyasında cüdo üzrə dünya çempionu Elxan Məmmədov qalib olub. "İlin idman jurnalisti" nominasiyasında isə "Azad Azərbaycan" telekanalının idman şərhçisi Sənan Şəfizadə və Apasport.az saytının baş direktoru İxtiyar Əsgərov hamıdan çox səs toplayıb. Nəticədə hər iki həmkarımız qalib elan olunub:

1. İlin idman xadimi - Hafiz Məmmədov ("Bakı" klubunun prezidenti)
2. İlin idmançısı - Elxan Məmmədov (cüdo)
3. İlin futbolçusu - Kamran Ağayev ("Bakı")
4. İlin əcnəbi futbolçusu - Reynaldo Silva ("Qarabağ")
5. İlin komandası - Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi
6. İlin baş məşqçisi - Qurban Qurbanov ("Qarabağ")
7. İlin idman jurnalisti - Sənan Şəfizadə (ATV), İxtiyar Əsgərov (Apasport.az) (Trend)

Tarix
2013.12.16 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla