Yuxarı

"Qarabağ"dan bəyanat: "Bacardıq!"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"dan bəyanat: "Bacardıq!"

"Qarabağ" futbol klubu UEFA-nın "Qarabağ" - "İnter" oyunundakı hakim səhvi ilə bağlı qərarı barədə bəyanat yayıb.

Axar.az-ın klubun saytına istinadən məlumatına görə, bəyanatda bildirilir: "Avropa Liqasının qrup mərhələsinin VI turunda baş tutan "Qarabağ" (Azərbaycan) - "İnter" (İtaliya) görüşündə əlavə olunmuş 4-cü dəqiqədə komandamız qol vursa da, oyunu idarə edən hakimlər briqadası qolu hesaba almamış, nəticədə komandamız yarışda mübarizəni dayandırmışdı.

Baş vermiş bu haqsızlıq milyonlarla futbolsevərimizi üzməklə yanaşı, "Qarabağ"ın haqqının qorunması yönündə bütünləşməyə gətirmişdir. "Qarabağ"ın haqlı qələbəsinin əlindən alınmasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də biganə qalmamış, zati-aliləri "Qarabağ" komandasını qəbul etməklə verdiyi dəstəyi, komandanın yanında olduğunu nümayiş etdirmişdir. Təsadüfi deyil ki, görüş zamanı daim Azərbaycan idmanına diqqət və qayğısını əsirgəməyən dövlət başçısı "Qarabağ" qrup mərhələsində mübarizəni dayandırsa da, "Qarabağ"ı qalib saydığını bildirmiş və qrup mərhələsini adlayacağı halda UEFA tərəfindən veriləcək mükafatı "Qarabağ"ımıza hədiyyə olaraq təqdim etmişdir. Prezidentimizin həmin mükafatı zati-alilərinin humanistliyi, idmana qayğısı fonunda "Qarabağ"ın inkişafı, yeni-yeni idman uğurlarının qazanılması yönündə böyük motivasiya olmuşdur.

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözel elə ilk gündən baş verən haqsızlığa biganə qalmamış, milyonlarla insanımızın üzüntüsünü, ədalətsizliyə hayqırtısını müvafiq qurumlara çatdırmaq üçün İsveçrəyə yollanmış, UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Giorgi Marçetti ilə görüşmüşdür. Başqanımızın israrla "Qarabağ"ın haqqını tələb etməsi, oyunun yenidən keçirilməsi və ya nəticənin dəyişdirilməsinin mümkünsüzlüyü fonunda hakimlərin cəzalandırılması tələbi UEFA funksioneri tərəfindən haqlı irad olaraq dəyərləndirilmişdir. Türkiyədən idman məsələləri üzrə ixtisaslaşmış vəkil Qürur Gaye Günal "Qarabağ"ın səlahiyyətli nümayəndəsi kimi bu məsələyə cəlb olunmuş və olay UEFA-nın məhkəməsinə qədər daşınmışdır. Vəkilimizin israrları və təkidləri sayəsində fevral ayının 5-nə təyin olunmuş məhkəmədə "Qarabağ" FK rəhbərliyinin, eləcə də coxmilyonlu ictimaiyyətin tələbi - "Qarabağ"ın lehinə qərar qəbul olunması yönündə hər kəsin ortaq mövqeyinə rəğmən lazımi qərarın verilməməsi belə fikrimizdən döndərməmiş və vəkilimiz yenidən qərardan şikayət olunması ilə bağlı vəsadət qaldırmışdır.

Və bu gün gözlənilən qərar açıqlandı. Düzdür, gözlənildiyi kimi, oyunun yenidən keçirilməsi haqqında qəbul olunmadı. Amma baş tutan iclasın yekununda açıqlanan qərarda hakimin oyunda fərdi xəta reallaşdırdığı bildirilmişdir. Hər nə qədər "Qarabağ"ın təmiz qol vurması hakim qərarı ilə əngəllənsə də, bunun oyun qaydalarının pozulması ilə uzlaşmadığı ifadə olunmuşdur. Beləliklə, oyunun nəticəsi dəyişdirilməsə də, hakimin cəzalandırılması yönündəki tələbimiz reallaşmışdır. Belə ki, məhkəmədə hakimin cəzalandırılması ilə qərarın hakimlərlə bağlı müvafiq qurum tərəfindən veriləcəyi bildirilmişdir.

"Qarabağ" FK rəhbərliyi, ölkə ictimaiyyətinin birgə səyi nəticəsində hakimlərin cəzalanması yönündəki fəaliyyətimiz öz bəhrəsini vermişdir. Hakimlərin cəzalandırılması ilə bağlı verilmiş qərar hamımızın uğuru, qələbəsidir..."

Tarix
2015.02.17 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla