Yuxarı

Federasiya prezidenti istefa verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Federasiya prezidenti istefa verdi

Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) prezidenti Fazil Qarayev istefa verib.

Report-un məlumatına görə, federasiya rəsmisi istefa ərizəsini yazıb və məsələyə tezliklə baxılacaq.

Məlumatı "Report"a açıqlamasında ATFF-nin vitse-prezidenti Oqtay Abdullayev də təsdiqləyib. O, F.Qarayevlə bu barədə söhbət etdiyini deyib: "Fazil müəllim mənə bildirdi ki, işlərimin çoxluğu ilə əlaqədar federasiya prezidenti kimi fəaliyyət göstərə bilmirəm. İşlərlə bağlı xarici ölkələrdə oluram. Artıq Fazil müəllim istefa ərizəsini yazıb. Tezliklə ATTF-nin İcraiyyə Komitəsi bu məsələyə baxacaq. Bundan sonra onun vəzifəsinə xitam veriləcək".

Vitse-prezident F.Qarayevin yerinə yeni namizəddən də danışıb. "Federasiyanın yeni rəhbəri Təhsil Nazirliyindən olsa, daha yaxşı olar. Çünki bizdə tələbələrlə iş gedir və Təhsil Nazirliyinin də işi gənclərlə işləməkdir. Ancaq kim olacağını deyə bilmərəm. Məsələ ilə bağlı AFFA və Təhsil Nazirliyi ilə danışıq aparacağıq".

Qeyd edək ki, Fazil Qarayev voleybol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayevin qardaşıdır.

Tarix
2015.03.13 / 12:19
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla