Ürəyiniz üçün portağal yeyin
01:57
| Ana səhifə İdman |
|
Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun təşəbbüsü sayəsində yerli futbol dirçəlir.
Axar.az-ın xəbərinə görə, "Şəmkir" klubu üçün sponsor tapılıb. Komandaya "Synergy Group" şirkəti və "Ata Holdinq" maliyyə dəstəyi verəcək.
"Şəmkir" baş sponsorunu may ayınadək elan edəcək. Klubun məqsədlərinə isə indidən aydınlıq gətirilib. Gələn mövsüm Premyer Liqaya vəsiqə uğrunda mübarizə başlayacaq, növbəti 2 ildə Avropa kuboklarına yüksəlmək və çempionluq yarışmasına qatılmaq qarşıya məqsəd qoyulub.
Xatırladaq ki, Alimpaşa Məmmədov Şəmkirə icra başçısı təyin edilən ilk günlərdən "Şəmkir" futbol klubunu maliyyə çətinliyindən qurtarmaq barədə futbolçulara və azarkeşlərə söz vermişdi.
|
Tarix
2015.03.18 / 01:26
|
Müəllif
Emin Aslanlı
|