Yuxarı

"Zenit" altıncı dəfə Rusiya çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Zenit" altıncı dəfə Rusiya çempionu oldu

"Zenit" klubu Rusiya Premyer Liqasında 2019/2020 mövsümünün qalibi olub.

Axar.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi buna XXVI turda "Krasnodar" üzərində 4:2 hesablı qələbə sayəsində nail olub. Sergey Semakın baş məşqçi olduğu kollektiv sona 4 tur qalmış xalını 62-yə çatdıraraq, ən yaxın izləyicisi, 49 xala malik "Lokomotiv" üçün əlçatmaz olub.

Bu, "Zenit"in ardıcıl 2-ci, tarixdə 6-cı Rusiya çempionluğu olub. Bu göstəricidə Sankt-Peterburq komandası MOİK-ə çatıb. Ən çox qızıl medallara isə "Spartak" 10 dəfə nail olub.

Qeyd edək ki, 1925-ci ildə yaradılmış "Zenit" 1984-cü ildə SSRİ çempionu, 2008-ci ildə UEFA Kuboku və UEFA Super Kuboku əldə edib. Komandanın aktivində 3 dəfə Rusiya, 1 dəfə SSRİ Kuboku, 4 dəfə Rusiya Super Kuboku və 1 dəfə SSRİ Super Kuboku da var.

Tarix
2020.07.06 / 00:06
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla