Yuxarı

UFC təxribata əl atan ermənini cəzalandırdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
UFC təxribata əl atan ermənini cəzalandırdı

UFC-də keçirdiyi son döyüşə qondarma "dqr”in "bayrağ"ı ilə çıxan erməni idmançı Edmen Şahbazyan cəzalandırılıb.

Axar.az Sportal.az-a istinadən xəbər verir ki, təşkilatçılar ABŞ-ı təmsil edən 22 yaşlı idmançıya cəza verib. Bundan əlavə, qurumun prezidenti Dana Uayt qondarma bayrağın rinqə keçirilməsinə icazə verən 20 illik işçini UFC-dən qovub.

UFC-dəki böyük döyüşlərə "Reebok" sponsorluq edir. İdmançılardan yalnız bu şirkətin markası və loqosu ilə rinqə girmək tələb olunur. "Reebok" şirkəti isə təxribatçı erməni ilə əməkdaşlığı dərhal dayandırıb və onu maliyyələşdirməkdən imtina edib.

Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib, səhv etdiklərini deyiblər.

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi UFC rəhbərliyinə müraciət ünvanlamışdı.

Las-Veqasda Derek Brunson ilə qarşılaşan Edmen Şahbazyan rəqibinə uduzub, xəstəxanalıq olmuşdu.

Tarix
2020.08.07 / 16:52
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla