Yuxarı

Stavrum "Qarabağ"la matçdan danışdı: Bu, fantastik idi...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stavrum "Qarabağ"la matçdan danışdı: Bu, fantastik idi...

Bu, fantastik, indiyədək iştirakçısı olduğum ən çılğın təcrübələrdən biri idi.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Norveç "Molde"sinin baş direktoru Ole Erik Stavrum "Dagbladet" nəşrinə açıqlamasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a penaltilərlə qalib gələrək pley-offa adladıqları oyun barədə danışarkən deyib.

Klub rəsmisi bildirib ki, qələbəni xüsusi qeyd edəcəklər: "Qorxuram ki, bu gün otelimizin barını bağlatdıracağıq (gülür)".

Stavrumun sözlərinə görə, bu qalibiyyət klub üçün 2 məna kəsb edir: "Birincisi, bizim pley-offu keçib qrupa yüksəlmək şansımız var. Belədə doğma "Aker" stadionunda daha nəhəng rəqiblərlə qarşılaşacağıq və maraqlı oyunlar olacaq. Digər tərəfdən isə pandemiya dövründə qazanacağımız məbləğ "Molde" üçün çox şey deməkdir. Amma bu gün idman daha vacibdir".

Qeyd edək ki, əsas və əlavə vaxtı qolsuz başa çatmış matçın penaltilər seriyasında daha dəqiq oynayan (6:5) "Molde" adını pley-offa yazdırıb. Komanda bu mərhələdə Macarıstan "Ferentsvaroş"u ilə qarşılaşacaq.

Tarix
2020.09.17 / 01:38
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla