Yuxarı

Azərbaycanlı oliqarx Fransada milyonlar itirir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı oliqarx Fransada milyonlar itirir

Fransa 1-ci Liqasında çıxış edən "Lans" klubunun 2-ci Liqaya düşməyi rəsmiləşmək üzrədir.

Axar.az xəbər verir ki, 2014-2015-ci il mövsümündə uğur qazana bilməyən klub 20 komanda arasında sonuncu yeri tutmaqla əsas liqadan kənarlaşır. Düzdür, komandanın hələ 4 matçı qalsa da, klubun uğur qazanacağı inandırıcı deyil. Aprelin 26-da doğma azarkeşlər önündə "Monako"ya 0:3 hesablı biabırçı məğlubiyyət isə düşərgədə psixoloji vəziyyəti daha da pisləşdirib.

Hazırda 19-cu yerdə qərarlaşan "Mets" klubu "Lans"dan 4 xal öndədir. Bundan başqa, nəzərə alaq ki, may ayında 4 dəfə meydana çıxmalı olan "Lans" turnirin ən güclü komandaları ilə üz-üzə gələcək. Mayın 3-də "Lill", 10-da doğma meydanda "Monpelye", 16-da səfərdə "Nitsa" və son olaraq isə azarkeşlər önündə "Nant"la qarşılaşmalı olan "Lans"ı çətin sınaq gözləyir. Klub bu oyunlardan ən azı ikisindən qələbə ilə ayrılmasa, 1-ci liqadan kənarlaşdırılması rəsmiləşəcək.

Vurğulayaq ki, klubda yaşanan maliyyə skandalı, baş məşqçinin açıq-aşkar şikayətlənməsi halqanın getdikcə daralmasına, futbolçuların oyununa birbaşa təsir edib.

Klubun sahibi, azərbaycanlı milyarder Hafiz Məmmədov jurnalistlərə verdiyi açıqlamasında klubun dirçələcəyini deyib. Fransa mediası isə "Lans"ın 2015-ci ildən 2016-cı ilə sağ çıxmayacağını, onsuz da kəllə-çarxa çıxan vergilər ucbatından klubun özünə gələ bilməyəcəyini yazır.

Tarix
2015.04.29 / 14:59
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla