Yuxarı

“Neftçi”dən cavab: “Şou düzəldirlər”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Neftçi”dən cavab: “Şou düzəldirlər”

"Hazırda struktur üzərində iş gedir. Hələ tam təsdiqlənməyib. İndiyə qədər cəmi 3 təyinat baş tutub. Yeni idman direktoru Vəli Qasımov Azərbaycanın tanınmış futbolçusu olub. Qapıçılar üzrə məşqçi Dmitri Kramarenko uzun müddət yığma komandamızda çıxış edib. Müavinim Mübariz Xudiyev isə 8 ildi bu klubda çalışır. Gördüyünüz kimi, onların heç biri mənim adamım deyil".

Bu fikirləri "Neftçi" klubunun icraçı direktoru Elnur Məmmədov apasport.az-a geniş müsahibəsində söyləyib. İcraçı direktor xadimələr, fəhlələr, təhlükəsizlik xidmətinin əməkdaşlarının işdən çıxarılmasına da münasibət bildirib:

"Klubda bütün işlər beynəlxalq standartlara uyğun görülür. Bu gün kimsə öz xahişi ilə işdən ayrılırsa, yəqin ki, o, yeni üslubda işləmək istəmir. Son iki gündə klubdan ayrılan bütün insanlar öz ərizələri ilə gediblər. Heç kim onları məcbur etməyib".

E.Məmmədov deyib ki, hər biri ilə görüş olub, hamısı ilə də öpüşüb ayrılıblar. Onun sözlərinə görə, klubun formalarının bundan sonra AFFA-da yuyulacağı xəbərləri iftiradır: "Çox maraqlıdı ki, idman sahəsindən heç kim danışmır, hamı texniki məsələləri gündəmə gətirir. Məncə, ictimaiyyət üçün idman sahəsindəki proseslər daha maraqlı olar, nəinki texniki işlər. Çalışırlar şou düzəltsinlər".

Tarix
2015.04.30 / 21:04
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla