Yuxarı

“Böyük dəbilqə”: Komandamız ilk medalını qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Böyük dəbilqə”: Komandamız ilk medalını qazandı

Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirinin birinci günündə komandamız bürünc medal qazanıb.

Axar.az xəbər verir ki, kişilər arasında 66 kiloqram çəkidə mübarizə Orxan Səfərov əvvəlcə niderlandlı İvo Verhorstert, daha sonra gürcüstanlı Baqrati Naniaşvili və monqolustanlı Erhembayar Battoqtoha qalib gəlsə də, yarımfinalda rusiyalı Yakob Şamilova uduzub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə özbəkistanlı Sardor Nurillayevi məğlub edərək komandamıza ilk medalı qazandırıb. O, həmçinin “Tokio-2020”yə reytinq xalları əldə edib.

Bu çəkidə digər təmsilçimiz Nicat Şıxəlizadə ilk görüşdə Villian Lima (Braziliya)-Yarin Menaged (İsrail) cütünün qalibinə uduzub.

Kişilər arasında digər çəkidə, 60 kiloqramda daha iki cüdoçumuz mübarizə aparıb. Bu çəkinin nümayəndələrindən Davud Məmmədsoy ilk görüşdə hindistanlı Vijay Kumar Yadava qalib gəlsə də, sonrakı qarşılaşmada qazaxıstanlı Qusman Kirqizbayevə məğlub olub. Kəramət Hüseynov isə ilk qarşılaşmada fransalı Luka Mxeidzeyə uduzub.

Qadınlar arasında keçirilən yarışlarda hər üç təmsilçimiz mübarizəyə qoşulub. Cüdoçularımızdan Leyla Əliyeva (48 kq) yerli idmançı Luka Mamiranı məğlub etsə də, ispaniyalı Lura Martinesin (Macarıstan) öhdəsindən gələ bilməyib. Bu çəkidə digər qadın cüdoçumuz Aişə Qurbanlı ilk qarşılaşmada Şirin Boukliyə (Fransa) məğlub olub.

Qadın cüdoçularımızdan Gültac Məmmədəliyeva (52 kq) əvvəlcə Qal-Od Tserentoqxoda (Monqolustan), ikinci döyüşdə israilli Qefen Primoyaya qalib gəlsə də, dörddəbir finalda Fabyen Koçerə məğlub olub. Təsəlliverici döyüşdə ukraynalı Darya Belodedə məğlub olan cüdoçumuz 7-ci yerlə kifayətlənib. G.Məmmədəliyeva bu nəticə ilə Tokio Olimpiadasına reytinq xalları qazanıb.

Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun mübarizə apardığı turnirə Azərbaycandan 17 idmançı qatılıb.

Turnir oktyabrın 25-dək davam edəcək.

Tarix
2020.10.24 / 02:22
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla