Yuxarı

Təbriz son dəqiqədə üzüldü: "Sepahan" - çempion

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbriz son dəqiqədə üzüldü: "Sepahan" - çempion

20:00

Bu gün İran çempionatında 2014/2015 mövsümünə yekun vurulur.

Axar.az-ın məlumatına görə, məhz son turda çempion komandanın adı məlum olacaq. Hazırda 57 xalla lider olan Təbrizin "Traktor Sazi" klubu öz meydanında ikinci pillədə qərarlaşan "Naft Tehran"ı qəbul edir.

Azərbaycan klubu bu matçda qalib gələcəyi təqdirdə ilk dəfə İran çempionu olacaq. "Naft Tehran"ın da aktivində 57 xal var. Lakin İran çempionatının reqlamentinə əsasən, təbrizlilər heç-heçə sayəsində də qızıl medala sahib ola bilərlər. Bunun üçün üçüncü pillədə yer alan və həm "Traktor Sazi", həm də "Naft Tehran"dan cəmi bir xal geri olan "Sepahan" "Saipa" ilə oyunda xal itirməlidir.

20:08

Matçın 4-cü dəqiqəsində qonaqların oyunçusu Ezzati hesabı açdı: 0-1.

20:38

"Traktor" braziliyalı hücumçusu Edinyonun qolu ilə matçın 36-cı dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1.

20:48

Matçın əvvəlində hesabda geri düşən Təbriz komandası ilk hissənin sonunda irəli çıxmağı bacardı. Teymurian meydan sahiblərinin heyətində matçın 45-ci dəqiqəsində komandasını irəli çıxardı: 2-1.

21:22

Kərim oyunun 62-ci dəqiqəsində "Traktor"un 3-cü topunu tehranlıların qapısından keçirdi - 3-1. 64-cü dəqiqədə isə "Traktor"un 2-ci qolunun müəllifi Teymurian qırmızı vərəqə alaraq meydanı yarımçıq tərk etdi. Təbrizlilər azlıqda qaldı.

21:41

"Naft Tehran" Podovaninin qolu ilə matçın 77-ci dəqiqəsində hesab arasındakı fərqi minimuma endirdi. 85-ci dəqiqədə tehranlılar daha bir topu təbrizlilərin qapısından keçirdi: 3-3.

22:04

Matçın gedişində hesabda geri düşən Təbriz komandası "Traktor Sazi" gedişatda hesabı dəyişdi və hesabda 2 top fərqlə irəli keçdi, ancaq sonradan Teymurianın qırmızı vərəqə alması təbrizliləri çətin durumda qoydu. Bundan sonra tehranlılar 2 top vuraraq hesabı bərabərləşdirdilər. Paralel gedən digər qarşılaşmada "Sepahan" "Saipa" üzərində 2-0 hesablı qələbə qazanaraq İran futbol çempionatının qalibi oldu.

Qeyd edək ki, "Traktor Sazi" - "Naft Tehran" matçının canlı yayımını təqdim etdik.

Tarix
2015.05.15 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

İlham Əliyev onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla