Yuxarı

“Keşlə” növbəti sensasiyaya imkan vermədi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Keşlə” növbəti sensasiyaya imkan vermədi

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində daha bir cavab matçı keçirilib.

Axar.az xəbər verir ki, "Keşlə" Gəncədə I Divizion təmsilçisi "Kəpəz"lə qarşılaşıb.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 58-ci dəqiqədə Rəhman Hacıyev, 90-cı dəqiqədə isə Anatole Abanq vurublar.

İlk qarşılaşmada da rəqibini məğlub edən (1:0) "Keşlə" adını yarımfinala yazdırıb. Paytaxt təmsilçisinin bu raunddakı rəqibi "Zirə" - "Neftçi" cütünün qalibi olacaq. İlk oyunda "qartallar" qalib gəliblər - 1:0.

Qeyd edək ki, 1/4 final mərhələsində dünən keçirilmiş oyunlarda "Qarabağ" səfərdə "Qəbələ"ni 3:0, "Sumqayıt" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edərək yarımfinalda rəqib olublar. Bu mərhələnin görüşləri 21-29 apreldə oynanılacaq.

Tarix
2021.02.07 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla