Yuxarı

“Qəbələ”nin Avropa Liqasında rəqibi kimdir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ" futbol klubunun Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsindəki rəqibi Gürcüstanın "Dinamo" (Tbilisi) komandasıdır. "Dinamo" qonşu ölkənin ən titullu klubudur.

Azərtac xəbər verir ki, əsası 1925-ci ildə qoyulan klubun tarixi ərzində ən böyük uğuru 1981-ci ilə təsadüf edib. 1980/1981-ci il mövsümündə gürcüstanlılar Kuboklar Kubokunu başı üzərinə qaldırıb. Ümumiyyətlə, "Dinamo"nun əsas uğurları SSRİ çempionatlarında çıxış etdiyi dövrə təsadüf edib. 1936-1990-ci illərdə tbilisililər 20 dəfə ölkə çempionatının mükafatçıları sırasına düşüblər. 1964-cü və 1978-ci illərdə SSRİ çempionu titulunu qazanan komanda 5 dəfə gümüş, 13 dəfə bürünc medala yiyələnib. "Dinamo" SSRİ kubokuna da iki dəfə yiyələnib. 1976-cı və 1979-cu illərdə kuboku başı üzərinə qaldıran Tbilisi təmsilçiləri 6 dəfə finalda məğlub olub.

Gürcüstanın müstəqillik əldə etdiyi vaxtdan sonra "Dinamo" ölkə daxilində hegemonluğa sahib olub. Amma daxili arenadakı saysız-hesabsız titullara baxmayaraq, beynəlxalq səviyyəli yarışlardakı bütün uğurlar SSRİ dövründə qalıb.

1990/1991-ci il mövsümündə start götürən Gürcüstan çempionatlarında 15 dəfə 1-ci olan "Dinamo" 2012/2013-cü və 2013/2014-cü il mövsümlərində də əldə etdiyi titulu son yarışda əldən verib. Paytaxt təmsilçisi ötən mövsümü 3-cü pillədə başa vuraraq Gürcüstan çempionatının bürünc mükafatını qazanıb. On iki dəfə kubokun finalında çıxış edən "Dinamo" yalnız 1 dəfə kuboku qazanmaq şansını qaçırıb. Əldə edilən 11 kubokdan ikisi "Qızıl dubl"la nəticələnən 2012/2013 və 2013/2014-cü il mövsümlərinə təsadüf edib. Səkkiz dəfə Superkubok matçına çıxan paytaxt klubu 5 dəfə bu mükafata yiyələnib. "Dinamo"nun zəngin kubok kolleksiyasında daha bir titul var. Gürcüstan təmsilçisi 2004-cü ildə "Birlik kuboku"na yiyələnib. Bununla da 9 il əvvəl finalda uduzduğu turnirdə ilk və son uğuruna imza atıb. Hazırda baş məşqçisi Qia Qequçadze olan komandanın əsasını yerli futbolçular təşkil edirlər. "Dinamo" ev oyunlarını 55 min azarkeş tutumuna malik Boris Payçadze adına "Dinamo" stadionunda keçirir.

Tarix
2015.06.27 / 09:40
Müəllif
Axar.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla