Yuxarı

Cavid Hüseynov “Qəbələ”dən uzaqlaşdırıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cavid Hüseynov “Qəbələ”dən uzaqlaşdırıldı

Jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini "Qəbələ" İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşılayıb.

Axar.az xəbər verir ki, bu barədə "Qəbələ" futbol klubunun yaydığı bəyanatda deyilir. Klub Cavid Hüseynovun əsas heyətdən uzaqlaşdırılması barədə qərar qəbul edib:

"Jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini "Qəbələ" İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşılayıb. Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlayıb. Daim zorakılıq və aqressiyanı pisləyən sosial proyektlərlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilib, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olub. Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilib, heç vaxt sərt reaksiya verilməyib. Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirib. Mərhum son müsahibələrində və Feysbuk sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil. Ona görə də tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb. Bir daha mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik".

Tarix
2015.08.09 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla