Yuxarı

Güləş üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güləş üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Bu il Yunan-Roma güləşi üzrə Dünya Kuboku Bakıda keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclasında qərar qəbul olunub. UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda yarışın 5-6 noyabrda təşkil ediləcəyi açıqlanıb.

Əvvəlki illərdən fərqli olaraq bu dəfə Dünya Kubokunda 8 yox, 6 komandanın iştirakı nəzərdə tutulub. Ötən il Norveçin paytaxtı Osloda keçirilmiş dünya çempionatında komanda hesabında ilk "5-lik"də yer alan Rusiya, İran, Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, dünya yığması ("All Star") kubok uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku 5 illik fasilədən sonra keçiriləcək. Klassik güləş üzrə Azərbaycan millisi 1 dəfə - 2015-də İranın paytaxtı Tehranda kubokun sahibi olub.

Bakı şəhəri isə iki dəfə (2004, 2012) sərbəst güləş üzrə Dünya Kubokuna ev sahibliyi edib

Tarix
2022.01.21 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla