
Ürəyin zəif olduğunu göstərən üç əlamət açıqlandı
02:00
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Axar.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda E qrupunda Danimarka seçməsinin qonağı olub.
Viborq şəhərindəki eyniadlı stadionda oynanılan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində qolları 2-ci dəqiqədə Stine Larsen və 76-cı dəqiqədə Karen Holmqor vurublar.
Bu qələbədən sonra xallarını 24-ə çatdıran Danimarka millisi liderliyini qoruyub. 3 xala malik Azərbaycan yığması isə sonuncu - altıncı pillədə qərarlaşıb.
Tarix
2022.04.12 / 23:16
|
Müəllif
Axar.az
|