Yuxarı

Olimpiya mükafatçılarımıza vəzifə verildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin iclası keçirilib.

Axar.az xəbər verir ki, yığıncaqda Azərbaycan milli komandalarının məşqçilər korpusu və ABF-də yeni yaradılan komitələrin sədrləri ilə bağlı təyinatlar rəsmiləşib.

İdarə Heyətinin qərarına əsasən, kişilərdən ibarət yığmanın baş məşqçisi Pedro Roke bütün yaş qrupları üzrə komandalara rəhbərlik edəcək və məsuliyyət daşıyacaq. Əsas millidə onunla yanaşı, Nəriman Abdullayev və Ceyhun Abiyev çalışacaqlar.

Gənclərdən ibarət yığmada baş məşqçi Elbrus Rzayevə Vüqar Məmmədovla Elvin Məmişzadə köməkçi təyin ediliblər. Yeniyetmələrdən ibarət milli komanda Vaqif Kazımova həvalə olunub. Onun məşqçilər korpusunda Ağası Məmmədov və Teymur Məmmədov yer alacaqlar. Qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını Yadigar Məmmədov yerinə yetirəcək.

O, İlkin Ağayevlə birgə boksçularımızı yarışlara hazırlayacaq. Federasiyanın tərkibində yeni formalaşan Veteran və Çempionlar Komitəsinin sədri Şahin İmranov olacaq. Hakimlər Komitəsinə isə Emil Qurbanəliyev rəhbərlik edəcək.

Qeyd edək ki, bunlardan Teymur Məmmədovla Şahin İmranov Olimpiadanın bürünc mükafatçılarıdır.

Tarix
2022.05.07 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən... - Bayraqdar

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək

Suriyalı nazir Azərbaycana təşəkkür etdi

Azərbaycan qazının Suriyaya ixracına başlanıldı

Fələstin: Türkiyə bizə lazım deyil – biz yetim deyilik

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə...

Rusiya özündən 412 dəfə kiçik ölkəyə uduzur

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla