Yuxarı

Nazir: Hamı noutbuklarda bu oyuna baxırdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir: Hamı noutbuklarda bu oyuna baxırdı

İdmanda hər şey ola bilər. Necə ki, "Qarabağ" avrokuboklarda büdcəsi özündən çox olan klublara qalib gəlir.

Axar.az-ın verdiyi məlumata görə, bunu gənclər və idman naziri Fərid Qayıbov "Qarabağ"ın bu mövsüm UEFA Çempionlar Liqasındakı çıxışı barədə jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, "köhlən atlar"ın III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu keçməsini sözlə ifadə etmək mümkün deyil:

"Hamımız qürurlandıq. Həmin gün İslamiadanın açılış mərasimi olsa da, hamı noutbuklarda oyuna baxırdı. Hər birimizin ürəyi "Qarabağ"la döyünürdü. Komandaya, Qurban Qurbanova təşəkkürümü bildirirəm".

O, Ağdam təmsilçisinin pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi ev oyununda azarkeş sayını nəzərə alaraq, matçın Bakı Olimpiya Stadionuna salınması məsələsinə də toxunub:

"Bu sualı "Qarabağ"a ünvanlasanız, daha yaxşı olar. Biz komandanın yanında olmağa və onlara dəstək verməyə çalışırıq".

Tarix
2022.08.12 / 00:51
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla