Yuxarı

Olimpiya çempionumuz məşqlərə niyə qatılmır?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan taekvondoçuları Radik İsayevlə Milad Beigi Harçeqaninin taleyinə yaxın günlərdə aydınlıq gələcək.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərov qurumun mətbuat xidmətinə açıqlama verib.

O bildirib ki, əsas komanda ilə məşq etməyən idmançıların məsələsinə İdarə Heyətinin toplantısında baxılacaq və yekun qərar qəbul olunacaq:

"Titulundan asılı olmayaraq hər bir idmançı təlim-məşq toplanışlarında iştirak etməli və baş məşqçinin tapşırıqlarını yerinə yetirməlidir. Bu taekvondoçular hazırda məşqlərə qatılmırlar. Baş məşqçi onlarla bağlı izahatı bizə təqdim edib".

Qeyd edək ki, Dağıstan əsilli Olimpiya çempionu Radik İsayev 2012-ci, Milad Beigi Harçeqani isə 2015-ci ildən Azərbaycan yığmasında çıxış edir.

Tarix
2022.10.13 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Kobaxidzenin Azərbaycana səfəri başa çatdı

Prezident Kobaxidzenin səfəri ilə bağlı bunu xüsusi vurğuladı

Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir

Əliyevlə Kobaxidzenin nahar əsnasında geniş tərkibdə görüşü...

Delimitasiya komissiyasının görüşündə razılaşma... - Deputat

Əliyevlə görüşmək şərəfinə nail oldum - Kobaxidze

Gürcüstanın istehlak etdiyi təbii qazın 80%-dən çoxu...

Delimitasiya hansı xəritə ilə aparılacaq?

Dövlət başçıları mətbuata birgə bəyanatla çıxış etdi - Foto

Azərbaycan bizim üçün qardaş ölkədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla