Yuxarı

Delimitasiya komissiyasının görüşündə razılaşma... - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının on birinci görüşündə əldə olunan razılaşma əhəmiyyətlidir. Bu fakt onu göstərir ki, danışıqlar prosesində Azərbaycanla Ermənistan üçün ikitərəfli format daha məqsədəuyğundur.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

Deputat bildirib ki, iki ölkə arasında sərhədlərin delimitasiyasına ötən ilin aprelindən başlanıb:

"Əldə edilən razılığa uyğun olaraq həmin ilin may ayında Qazaxın işğal altında olan 4 kəndi Azərbaycana qaytarılıb. Belə ki, ikitərəfli dialoqun nəticəsi olaraq Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ölkəmizə təhvil verilib. Mayın 24-də qeyd olunan kəndlərin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti artıq müəyyən edilib.

Heç bir vasitəçi olmadan, heç bir üçüncü dövlətin və yaxud təşkilatın dəstəyinə zərurət duyulmadan bu razılaşmalar əldə olunur. İndiyə qədər müəyyən bir ərazi, yəni Azərbaycanla Ermənistan sərhədlərinin şimal hissəsində razılaşma var. 12.7 km olsa da, çox müsbət nəticədir. Hesab edirəm ki, komissiyanın iclasında əldə edilmiş razılaşma prosesi daha da sürətləndirəcək. Növbəti mərhələlərdə Ermənistan konstruktiv mövqe tutarsa, bütün bunlara nail olmaq mümkündür”.

Tarix
2025.01.17 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Georgiev arasında təkbətək görüş başladı

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla