Yuxarı

Qarabağı qaytardıq, o əraziləri də verməliyik - Polkovnik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağı qaytardıq, o əraziləri də verməliyik - Polkovnik

Ermənistan vaxt qazanmaq üçün güzəşt siyasəti yeritməlidir. Mən Tavuşla sərhəddəki kəndlərdə bir-bir olmuşam, onların hamısı türk kəndləridir.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində iştirak edən erməni polkovnik Andranik Davtyan “erməni soyqırımı”nın 110 illiyinə həsr olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.

O, Qazaxın kəndlərinin işğalında iştirak etdiyini təsdiqləyib:

“Biz sadəcə Cermukdan bir hissəni Azərbaycana verməyə razılaşmışıq, qalanları hələ yox. Ümumiyyətlə, Tavuşa bitişik kəndlərdə olmuşam, onlar türklərindir. Biz Qarabağı qaytardıq, o kəndləri də təhvil verməliyik. Həmin kəndlərin ələ keçirilməsində şəxsən iştirak etmişəm, haradan, kimdən aldığımızı çox yaxşı bilirəm. Onu da bilirəm ki, o kəndlərin heç biri bizim deyil. Sadəcə, Əskiparanın bir hissəsi bizim, bir hissəsi Azərbaycanındır”.

Polkovnik Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan torpağı kimi tanımasını təqdir edib:

“Yazıq Paşinyan nə etməli idi? Onsuz da bunu baş nazirdən öncə Rusiya Prezidenti Vladimir Putin də elan etmişdi”.

Qeyd edək ki, Ermənistan KİV-də Qazaxın işğalda olan Yuxarı Əskipara, Sofulu və Bərxudarlı kəndlərinin demarkasiya və delimitasiya prosesinin növbəti mərhələsi çərçivəsində Azərbaycana təhvil veriləcəyinə dair məlumatlar yayılıb.

Tarix
2025.04.24 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla