Yuxarı

“Qarabağ”ın ürəyi dayanan futbolçusunun son durumu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”ın ürəyi dayanan futbolçusunun son durumu

15:54

“Qarabağ”ın əvəzedici komandasının məşqində bədbəxt hadisə yaşanıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hazırlıq prosesində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb.

20 yaşlı Ş.Həsənzadə təcili tibbi yardımın köməyi ilə dərhal özəl xəstəxanalardan birinə çatdırılıb.

Azərbaycan U-21 millisinin üzvünün həyatı üçün təhlükənin olduğu bildirilir. O, hələ də ayılmayıb.

***

Həkimlərin ilkin müdaxiləsindən sonra Şirxan Hüseynzadənin vəziyyəti nisbətən stabilləşib.

Bunu “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Ağdam klubunun ikinci komandasının məşqdə ürəyi dayanan futbolçusu Şirxan Hüseynzadənin sağlamlıq durumu barədə danışarkən deyib.

Klub sözçüsü bildirib ki, hazırda bütün lazımi müdaxilələr edilir:

“Təəssüf ki, məşqdə belə bir hadisə baş verib. Şirxan bizim ən sağlam futbolçularımızdan hesab olunurdu. İl ərzində iki dəfə klubumuz tərəfindən, eyni zamanda U-21 millisinə dəvət zamanı AFFA tərəfindən ümumi müayinədən keçirilib. Bu günə qədər heç bir problem aşkarlanmamışdı. Hazırda xəstəxanada həkim nəzarətindədir. Klubumuzun direktoru Emrah Çelikel, baş menecer Asif Əsgərov və komandamızın baş məşqçisi Qurban Qurbanov, eləcə də həkimlər korpusumuz onun yerləşdirildiyi xəstəxanadadırlar. Klub olaraq əlimizdən gələni edəcəyik. Hazırda həkimlər də bütün lazımi müdaxilələri edirlər. Şükürlər olsun ki, vəziyyəti stabilləşib”.

***

“Qarabağ”ın əvəzedici komandasının məşq zamanı halı pisləşən futbolçusu Şirxan Həsənzadəyə həkimlərin müdaxiləsi uğurlu alınıb.

Bu barədə Report-a "köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisi hazırda müdafiəçinin vəziyyətinin stabil olduğunu bildirib:

"Onun qarşıdakı günlərdə daha yaxşı olacağına ümid edirik".

Tarix
2023.04.22 / 20:18
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla