Yuxarı

Gürcülərdən Soçi təhqirinə daha bir cavab - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcülərdən Soçi təhqirinə daha bir cavab - Foto

Gürcüstanın bir neçə jurnalist təşkilatı dünya xəritəsində Rusiya Federasiyasının bütün ərazisini "ağ duman"da itirən şəkil paylaşıblar.

"Axar.az"ın məlumatına görə, Rusiyanı "ağ duman"a bürüyən bu cür xəritənin Gürcüstanda kütləvi şəkildə dərc ediləcəyi də bəyan edilib. Bununla gürcü jurnalistlər Soçi Olimpiadasının açılışında gürcü idmançılar təqdim edilərkən göstərilən Gürcüstan xəritəsində Abxaziya və Cənubi Osetiyanın "ağ duman" içində göstərilməsinə növbəti etirazlarını bildiriblər.

Xatırladaq ki, Gürcüstanın xəritəsində Cənubi Osetiya və Abxaziya üzərində "ağ dumanın" asılmasını ölkələrinin ərazi bütövlüyünə təhdid sayan və bunu təhqir kimi qəbul edən gürcü jurnalistləri və ziyalıları dünən başqa bir aksiya keçirmişdilər, olipiadanın rəmzi olan 5 halqanın birini "ağ dumanda" itirməklə, "Kimə lazımdısa, başa düşəcək!" – sözlərini yazmışdılar.

Qeyd edək ki, Soçi Olimpiadasında Azərbaycan xəritəsində də Dağlıq Qarabağın ərazisi "ağ dumanla" örtülü göstərilib.

Tarix
2014.02.10 / 00:24
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla