Yuxarı

AFFA “Neftçi”ni ağlar günə qoydu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Axar.az" xəbər verir ki, komitə üzvləri "Xəzər Lənkəran" - "Neftçi" oyununda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Qurum iki klubu 34200 manat cərimə edib. Bunun 4 mini "Xəzər Lənkəran"ın, 30 min 200 manatı "Neftçi"nin payına düşüb. "Xəzər Lənkəran"dan qırmızı vərəqə alan Ağabala Ramazanov 3, "Neftçi"dən Tərlan Quliyev 1, Karlos Kardoso və Bruno Bertuççi 4, azarkeşlərə tərbiyəsiz jest edən Mahir Şükürov 3 oyun cəzalandırılıb. Eyni zamanda "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov 20 oyunluq cəza alıb:

Matçın 77-ci dəqiqəsində "Xəzər Lənkəran"ın azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.

Oyunun 89-cu dəqiqəsində "Neftçi"nin futbolçusu Tərlan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun 90+4-cü dəqiqəsində "Neftçi"nin futbolçusu Karlos Kardoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur.

Oyunun 90+4-cü dəqiqəsində "Neftçi"nin futbolçusu Bruno Bertuççi aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur.

Oyunun 90+4-cü dəqiqəsində "Xəzər Lənkəran"ın futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.

Oyunda "Neftçi"nin futbolçusu Mahir Şükürov azarkeşlərə təhqiredici jest göstərdiyinə görə 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.

Oyundan sonra "Neftçi"nin futbolçuları dəhlizdə stadionun bir neçə inventarını sındırıb. Bu səbəbdən stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında "Neftçi" klubu ödəmə etsin.

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FIFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyinə görə adıçəkilən şəxs 10 oyunluq cəzalanır, klub 20000 manat cərimə olunur. Verilmiş cəza adıçəkilən şəxsin mövcud cəzasının üzərinə əlavə edilir.

Tarix
2014.02.11 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla