Yuxarı

Avro-2024-də iştirak edən komandaların qazancı...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avro-2024-də iştirak edən komandaların qazancı...

Avro-2024-də çıxış edən bütün millilərə iştirak üçün 9.25 milyon avro ödənilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, futbol üzrə Avropa Çempionatında (Avro-2024) iştirak edən komandalara paylanacaq ümumi pul mükafatının (331 milyon avro) 28 milyon 250 min avrosunu çempion İspaniya qazanıb.

Turnirdə komandalara 9 milyon 250 min avro iştirak haqqı ödənilib və qrupdakı hər qələbəyə görə 1 milyon avro verilib.

Qrupdan çıxan 16-lığa düşən komandalar əlavə 1.5 milyon avro, 1/4 finala yüksələnlər əlavə 2.5 milyon avro mükafata layiq görülüblər. Yarımfinal iştirakçıları isə əlavə 4 milyon avro mükafat əldə ediblər. Avro-2024 çempionuna 8 milyon avro əlavə ödəniş edilib.

Beləliklə, çempion İspaniya ümumilikdə 28 milyon 250 min avro mükafat qazanıb.

Türkiyə seçməsi isə 1/4 finalda Niderlanda məğlub olsa da, 15 milyon 250 min avro mükafat alıb.

Qeyd edək ki, ikinci yerin sahibi İngiltərə millisi 24 milyon 250 min avro qazanıb.

Tarix
2024.07.15 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla