Yuxarı

“Qarabağ”la ilk oyunda bəxtimiz gətirdi - Yakiroviç

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”la ilk oyunda bəxtimiz gətirdi - Yakiroviç

“Qarabağ” olduqca ciddi rəqibdir. Xorvatiyadakı ilk matçda zəif komanda olmadıqlarını sübut etdilər.

Axar.az xəbər verir ki, bu sözləri Zaqreb “Dinamo”sunun klubunun baş məşqçisi Sergey Yakiroviç UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə Xorvatiya mətbuatına açıqlamasında deyib.

O, Ağdam təmsilçisi ilə qarşılaşmaya yaxşı hazırlaşdıqlarını bildirib: “Bütün matçlarda olduğu kimi bu dəfə də yaxşı hazırlıq keçmişik. Bakıdakı oyunda Çempionlar Liqasının qrup mərhələsini təmin etmək üçün əlimizdən gələni etməliyik. Zaqrebdə 3:0 hesablı qələbə qazandıq. Həmin görüşdəki epizodları analiz etdik. Etiraf etmək lazımdır ki, ilk matçda bəxtimiz gətirdi. Təhlillərə əsasən, belə nəticəyə gəldik ki, “Qarabağ”ın hücum xətti müdafiəsindən qat-qat güclüdür. Bu bizim üçün yaxşı fürsətdir. Rəqib risk etsə, əks-hücumlarda onları cəzalandıra bilərik”.

Mütəxəssis Bakıdakı isti hava şəraitinin onlara çətinlik törədə biləcəyini də söyləyib: "Bakıda hava çox istidir. Düşünürəm ki, bu amil futbolçularımız üçün çətinlik yaradacaq. Oradakı temperatur Zaqrebdəkindən 5-10 dərəcə yüksəkdir. Buna görə də komandamız ilk növbədə Azərbaycandakı hava şəraitinə uyğunlaşmalıdır”.

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” qarşılaşması saat 20:45-də başlayacaq.

Tarix
2024.08.26 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

Azərbaycan keyfiyyətli hərbi məhsullar istehsal edir – Gülər

Ərdoğan Bakı ilə danışdı: Onu Türkiyəyə buraxmadı - Təcili

Çavuşoğlunun qardaşı güllələndi, Bayramov zəng etdi

Bu ölkə ilə müdafiə sahəsində saziş təsdiqləndi

NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsi...

Simonyan açıqladı: Bakıya getməyə hazıram

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla