Yuxarı

İngiltərə AVRO-2028-ə buraxılmaya bilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA idmana siyasi müdaxiləyə görə İngiltərəni 2028-ci ildə keçiriləcək futbol üzrə növbəti Avropa çempionatından kənarlaşdıra bilər.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Tayms” məlumat yayıb.

Yığmanın UEFA-nın himayəsi altında keçirilən turnirdən kənarlaşdırılmasına Böyük Britaniyanın əsas siyasi partiyaları tərəfindən konsepsiyası irəli sürülən müstəqil futbol tənzimləyicisinin yaradılması səbəb ola bilər. Bu tənzimləyicinin vəzifəsi ingilis klublarına və onların sahiblərinə nəzarət etmək və lisenziyalaşdırma sistemini yoxlamaq olacaq.

UEFA-nın baş katibi Teodor Teodoridis artıq Böyük Britaniyanın mədəniyyət, media və idman naziri Liza Nendiyə məktub göndərib. Etirazın mahiyyəti ondan ibarətdir ki, hökumət futbolun inkişafına qarışmamalıdır.

2024-cü ildə keçirilən Avropa çempionatında İngiltərə yığması finala yüksəlsə də, həlledici matçda İspaniya millisinə uduzub. Avropa çempionatının finalındakı bu məğlubiyyət komanda üçün ardıcıl ikinci olub. Koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayında keçirilən AVRO-2020-nin finalında İngiltərə penaltilər seriyasında İtaliyaya uduzmuşdu.

Tarix
2024.09.15 / 19:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yanacaq məntəqələri bağlanan məşhur şirkət müflis olub?

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

Bakı və Daşkənd arasında məsləhətləşmələr keçirildi

"Qisas" əməliyyatından görüntülər yayıldı - Video

Bu nazirin müavinlərinin sayı artırıldı - Fərman

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla