Yuxarı

Jirinovskidən axmaq qanun layihəsi: “İki Olimpiada və rədd ol”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovskidən axmaq qanun layihəsi: “İki Olimpiada və rədd ol”

Vladimir Jirinovskinin sədri olduğu Rusiya Liberal Demokrat Partiyası (RLDP) idmançıların olimpiadalarda iştirakı ilə bağlı yenin qanun layihəsi hazırlayacaq.

"Axar.az" xəbər verir ki, buna səbəb fiqurlu konkisürmə yarşılarının sərbəst proqramında rusiyalı idmançı Yevgeni Plyuşenkonun yarışdan imtina etməsi olub. Bu yarışda Rusiyanın yeganə təmsilçisi Plyuşenko buz üzərinə çıxmazdan əvvəl zədələnərək mübarizədən imtina edib və karyerasını bitirdiyini bildirib. İdmançının bu addımı Rusiya ictimaiyyəti arasında müzakirələrə yol açıb.

Jirinovskinin partiyası bu hadisədən sonra yeni qanun layihəsinə ehtiyac olduğunu bildirib. Qalmaqallı siyasətçi fikirini belə əsaslandırıb:

"Hazırlayacağımız qanuna əsasən bir idmançı 2-dən artıq olimpiadada iştirak edə bilməz. İki Olimpiada və rədd ol. Qoy bundan sonra gənclər irəli getsin. Biz xəbərdarlıq etmişdik ki, hansısa Plyuşenko Olimpiadaya göndərilməməlidi. Ona əhsən! Çox şey edib. Amma onun zədəsi var. Hanı həkimlər? Onların hamısını qovmaq lazımdı. Plyuşenko əlildi".

Jirinovski bildirib ki, onun partiyasi Rusiya fiqurlu konkisürmə federasiyasının prezidenti Aleksandra Qorşkovanın da istefasını tələb edəcək.

Tarix
2014.02.14 / 18:47
Müəllif
Axar.az
Digər xəbərlər

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Mustafayevin erməni sinif yoldaşı: Şahinin əsl adı... - Video

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

Erməni nümayəndə heyəti Azərbaycana gələcək

Məmdaninin Azərbaycanla bağlı paylaşımına qarşı petisiya

Şahin Mustafayevin karvanı Ağverəni tərk etdi - Video

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla