Yuxarı

Stadionda kütləvi dava: ölənlər var - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stadionda kütləvi dava: ölənlər var - Video

Qvineyanın cənub-şərqində yerləşən Nzerekore şəhərində futbol matçı zamanı azarkeşlər arasında kütləvi dava baş verib, nəticədə onlarla insan həyatını itirib.

Axar.az Report-a istinadən xəbər verir ki, insidentə hakimin mübahisəli qərarları səbəb olub.

Hakim komandalardan birinin oyunçusuna qırmızı vərəqə göstərib və penalti təyin edib, bundan sonra azarkeşlər arasında dava başlayıb.

Polis onları ayırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qazdan xilas olmağa çalışan azarkeşlər stadionu tərk etməyə çalışıb və çıxışlarda izdiham yaranıb. Bir çox insan ya boğularaq, ya da küçəyə çıxmağa çalışarkən stadionun divarlarından yıxılaraq həyatını itirib.

Cəsədlərin tanınmasında yaranan çətinliklər qurbanların dəqiq sayının müəyyənləşdirilməsini çətinləşdirir.

"Orada təxminən 100 nəfər həlak olub. Bəziləri dəhlizlərdə yerə sərilib. Morq doludur", - deyə həkimlərdən biri bildirib.

Tarix
2024.12.02 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

32 nəfər Almaniyadan Azərbaycana gətirildi

İmaməli Rəhman Azərbaycana gəldi

Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlıq...

Şövkət Mirziyayev də Bakıya gəldi

Qırğızıstan prezidenti Azərbaycana gəldi

İranın haker qrupu Azərbaycana hücumu etiraf etdi

Tokayev Azərbaycana gəldi - Foto

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla