Azərbaycanda futbola pul qoyuluşu edənlərin sayı kifayət
qədər çoxdu. Bunun da məntiqi nəticəsi olaraq, ölkədə futbola pul
qoyuluşu qəbul edən "qara bazar" məntəqələrinin sayı həddindən
artıq çox idi.
"Topaz"ın fəaliyyətə başlaması ilə "qara bazar"ın da qara
günləri başladı. Təkcə "Qara bazar"ınmı? Zaman göstərdi ki,
"topaz"ın fəaliyyətə başlaması ilə proqnozsevərlərin də qara
günləri başlayıb.
"Topaz"ın yeganə qeydiyyatdan keçmiş bukmeker kontoru olması
proqnozsevərlərin hüquqlarının pozulması ilə müşaiyət olundu.
"Topaz" monopolist fəaliyyətə üstünlük verərək, vətəndaşları
soyub-talamaq yolu tutdu. Bunu faktlarla sübut edəcəyik.
Ancaq əvvəlcə onu xatırladaq ki, "qara bazar"ın fəaliyyət
göstərdiyi vaxtda proqnozsevərlərin seçim imkanı daha geniş idi. Bu
da əmsalların yüksək olmasını, proqnozsevərlərin qalib gəlmək üçün
varinatlarının çox olmasını şərtləndirirdi. "Qara bazar"da
fəaliyyət göstərən məntəqələr dünyanın məşhur bukmeker
kontorlarının əmsallarını azaltmadan pronozsevərlərə təqdim
edirdilər.
"Topaz"ın fəaliyyətində isə bunu görmədik. Düşünmək olardı ki,
"topaz" müştəriləri cəlb etmək üçün məşhur kontorların əmsallarına
yaxın əmsallar təkilf edəcək. Amma kontor ilk gündən elə fəaliyyət
göstərdi ki, sanki cəmiyyətə "kiməsə qalib gəlmək şansı vermək
fikirində deyiləm" mesajını verdi. "Topaz"ın açıqladığı əmsallar
əcnəbi kontorların əmsallarından kəskin şəkildə fərqlənirdi. Zaman
keçdikcə bu əmsallar arasındakı fərqin azalacağına olan inam da
itdi. Əksinə, daha da artmağa başladı. Bu gün "topaz" məntəqələrinə
daxil olan azərbaycanlı proqnozsevər xaricdə hər hası bir kontora
pul yatıran şəxsdən qat-qat az gəlir əldə edəcək. Hətta Azərbaycan
çempionatının oyunlarında da. Publika.az məsələnin tam aydınlaşması
üçün oxucuların müzakirəsinə kiçik müqayisə təqdim edir.
Əvvəlcə Azərbaycan Premyer-Liqasının 21-ci turunda keçirilmiş 5
qarşılaşmaya "topaz"ın açıqladığı əmsallarla tanış olaq. Qeyd edək
ki, "topaz" çempionatın rəsmi sponsorudu.
Simurq-İnter 2.70 3.00 2.25
Bakı-Neftçi 2.75 3.10 2.15
Qəbələ-Xəzər-L 1.80 3.10 3.60
Sumqayıt-Rəvan 2.15 3.10 2.75
Qarabağ-AZAL 1.25 4.60 7.30
İndi isə Azərbaycan çempionatının həmin qarşılaşmalarına
"marathonbet" kontorunun açıqladığı əmsallara diqqət edək.
Simurq-İnter 3.30 3.20 2.25
Bakı-Neftçi 3.05 3.20 2.40
Qəbələ-Xəzər-L 2.05 3.25 3.80
Sumqayıt-Rəvan 2.40 3.30 2.95
Qarabağ-AZAL 1.40 4.70 7.60
İndi isə aydınlaşdıraq, deyək ki, Bakıda "topaz" məntəqəsinə
daxil olan proqnozsevər Azərbaycan çempionatında 21-ci turun
qarşılaşmalarında meydan sahiblərinin qələbəsinə 1 manat pul
yatırıb. Belə olan təqdirdə, o, 35 manat 90 qəpik pul udacaq. Yəni,
34 manat 90 qəpik gəlir əldə edək.
Daha bir proqnozsevər isə Moskvada "marathonbet"in məntəqəsinə
daxil olur və Azərbaycan çempionatının həmin qarşılaşmalarında
meydan sahiblərinin qələbəsinə eyni miqdarda pul yatırır.
Moskvadakı proqnozsevər 69 manat 30 qəpik udacaq. Yəni 68 manat 30
qəpik gəlir əldə edəcək. Bakıda-"Topaz" məntəqəsində pul qoyuluşu
edən proqnozsevərdən 33 manat 40 qəpik, təxminən 2 dəfə artıq
qazanacaq. "Topaz" sponsorluq etdiyi çempionatın oyunları zamanı
azərbaycanlı proqnozsevərin hüququnu belə pozur. Bu, əsl
soyğunçuluqdu.
Hələ bu harasıdır, gəlin başqa bir müqayisəyə də diqqət
edək.
İtaliya çempionatının sonuncu turuna "topaz"ın açıqladığı
əmsallar belə olub:
Milan-Bolonya 1.20 4.80 9.00
Fiorentina-İnter 1.90 3.20 3.20
Kataniya-Latsio 2.95 3.20 2.00
Yuventus-Kyevo 1.05 7.50 15.00
Kalyari-Livorno 1.60 3.50 4.10
Sassuolo-Napoli 5.00 3.80 1.45
Atalanta-Parma 2.25 3.10 2.60
Cenoa-Udineze 2.40 3.10 2.40
Roma-Sampdoriya 1.25 4.80 7.00
Verona-Torino 2.20 3.10 2.70
Bu da "marathonbet"in eyni qarşılaşmalara açıqladığı əmsal:
Milan-Bolonya 1.37 5.30 10.50
Fiorentina-İnter 2.14 3.50 3.80
Kataniya-Latsio 3.70 3.40 2.22
Yuventus-Kyevo 1.16 8.70 23.00
Kalyari-Livorno 1.83 3.40 5.70
Sassuolo-Napoli 6.80 4.10 1.60
Atalanta-Parma 2.76 3.10 3.05
Cenoa-Udineze 2.94 3.10 2.84
Roma-Sampdoriya 1.35 5.40 11.00
Verona-Torino 2.55 3.25 3.20
İki kontorun açıqladığı əmsallar arasındakı kəskin fərq ilk
baxışdan diqqəti cəlb edir. Məsələn, "topaz" "Kyevo"nun "Yuventus"
üzərindəki qələbəsinə "marathonbet"ə nisbətən 8 manat az təklif
edir. Böyük fərqdi. Özü də olduqca böyük fərq. Bunun miqyasını daha
dəqiq bilmək üçün Azərbaycan çempionatı ilə bağlı apardığımız
müqayisəni İtaliya çempionatına da tətbiq edək.
Şərti olaraq hər iki kontorun açıqladığı əmsallara əsasən
İtaliya çempionatının qarşılaşmalarında meydan sahiblərinin
qələbəsinə 1 manat pul yatıraq.
1 manatı "topaz"a yatıran proqnozsevər cəmisi 839 manat udacaq.
Yəni 838 manat gəlir əldə edəcək.
Ancaq həmin şəxs 1 manatını "marathonbet"ə yatırsa nə az, nə
çox, düz 4374 manat udacaq. Yəni 4373 manat gəlir əldə edəcək. Fərq
dəhşətlidi-3534 manat.
"Topaz" "marathonbet"dən 4 dəfə az məbləğ verir qalibə. Bu,
"topaz"ın monopoliyasının ortaya çıxardığı dəhşətli faktlardan
biridi. Belə çıxır ki, "topaz" Azərbaycan vətəndaşından aldığı 1
manatlıq "kupon"u rahat şəkildə "marathonbet"ə ötürür, ordan aldığı
4373 manatın 838 manatını vətəndaşa verir, qalanını isə özündə
saxlayır. Qazanan qumarxana, itirən isə vətəndaş olur. "Topaz"
proqnoz bazarında tək olduqca vətəndaşların hüquqlarının pozulması
prosesi də ardıcıl olacaq. Bu sahədəki prosesi tənzimləmək üçün
Azərbyacanda yeni kontorların rəsmi fəaliyyətə başlaması vacibdi.
Belə olan təqdirdə proqnoz bazarında sağlam rəqabət yaranacaq. Bu
prosesdən isə qazanan vətəndaş olacaq.