Yuxarı

Kadini "Qarabağ"a qayıtmağa məcbur ediblər?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadini "Qarabağ"a qayıtmağa məcbur ediblər?

"Qarabağ"ın yeni transferi Kadi Borgesin Ağdam klubuna keçidi ilə bağlı şok detallar üzə çıxıb.

Axar.az Publika.az-a xəbər verir ki, braziliyalı futbolçu Macarıstan mətbuatına açıqlamasında transferin gözlənilmədən və xəbəri olmadan reallaşdığını bildirib.

O, Azərbaycan təmsilçisinə keçəcəyini klublar razılaşdıqdan sonra öyrəndiyini deyib:

“Mənim üçün də sürpriz oldu. Evdə növbəti oyunumuza hazırlaşırdım ki, idman direktorumuz Tamaş Haynal mənə zəng etdi və dəyişdirilmək istəyib-istəmədiyimi soruşdu. Dedim ki, əgər klub və mənim üçün yaxşı olacaqsa, bəli. Əvvəlcə onun mənimlə danışıqlara başlayacağını düşündüm. Amma sonra anladım ki, iş artıq son mərhələdədir. Mən agentimə zəng etdim, o da heç nə bilmirdi. Bir-birimizə suallar verdik, bunu izah edəcək bir şey tapmağa çalışdıq. Səbəbləri hələ də anlamırıq. Bu, klubun qərarıdır. Artıq Julio Romao ilə danışıqlara başlamışdılar və “Qarabağ” pul istəmədiyi üçün mübadilə təklif etdilər.

Düşünürəm ki, komanda yoldaşlarımla mən artıq bir-birimizi çox yaxşı başa düşürdük. Hər bir idmançıya uyğunlaşmaq üçün vaxt lazımdır. Heç nəyə peşman deyiləm, əlimdən gələni etmişəm, hər zaman hamıya hörmət etmişəm və əlimdən gələni etməyə çalışmışam.

Ayrılmağı heç vaxt istəməmişəm. Xüsusilə yayda gəldiyim, uzunmüddətli müqavilə imzaladığım və ayrılmağa səbəb olmadığı üçün heç vaxt bunu xahiş etməmişəm. Bu danışıqlar klublar arasında olub, qərarı onlar verib. Klubdan getməyimlə bağlı heç nə demədilər. Düşünürəm ki, daha məni klubda istəmirdilər və ona görə də məsələyə belə yanaşdılar. Yeni baş məşqçi Robbi Kinin də bundan xəbəri olub-olmadığını bilmirəm".

Braziliyalı futbolçu "Qarabağ"a qayıdışı ilə bağlı bu sözləri ifadə edib:

"Mənə hörmət etdikləri, qiymətləndirdikləri, inandıqları, tək mənə yox, bütün futbolçulara güvəndikləri üçün ürəyim rahat və sakitdir. Yenidən burada olmaqdan çox şadam. İndi diqqətimi məşqlərə cəmləmək vaxtıdır ki, mümkün qədər tez meydançaya qayıda bilim. Komandama təkcə qısa müddətdə deyil, həm də uzunmüddətli perspektivdə məqsədlərinə çatmaqda kömək etmək istəyirəm".

Tarix
2025.02.06 / 09:32
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla