Yuxarı

"Bavariya" və "Bayer"dən gözlənilməz məğlubiyyət

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bavariya" və "Bayer"dən gözlənilməz məğlubiyyət

Bundesliqanın 25-cü turunun ikinci oyun günündə gözlənilməz nəticələr qeydə alınıb.

Axar.az xəbər verir ki, çempionatın lideri Münxenin “Bavariya” klubu doğma meydanda gözlənilmədən bu mövsümün ən zəiflərindən olan “Boxum”a uduzub. Münxenlilər ilk hissəni 2:1 hesabı ilə üstün başa vursalar da, fasilədən sonra iki top buraxaraq oyunda məğlub olublar – 2:3.

İkinci sırada yer alan “Bayer Leverkuzen” doğma divarlar arasında “Verder Bremen”ə uduzub – 0:2. Eyni aqibəti “Borussiya Dortmund” da yaşayıb. Komanda ev oyununda “Auqsburq”a minimal hesabla məğlub olub. “Volfsburq” – “St Pauli” (1:1) və “Holştayn Kiel” - “Ştutqart” (2:2) görüşləri heç-heçə başa çatıb. Günə “Frayburq” – “Leyptsiq” görüşü ilə yekun vurulacaq.

Turun bazar günü keçiriləcək sonuncu iki görüşündə “Ayntraxt Frankfurt” komandası “Union Berlin”i, “Hoffenhaym” isə “Haydenhaym”ı qəbul edəcək.

Bundesliqanın 25-ci turunun açılış matçında isə “Maynts” səfərdə “Borussiya Münxenqladbax” üzərində qələbə qazanıb - 3:1.

Bundesliqaya 61 xalla “Bavariya” liderlik edir. Münxenliləri 53 xalla “Bayer Leverkuzen” izləyir.

Tarix
2025.03.08 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin növbəti plenar iclası başladı

Mehdiyevlər ailəsinə məxsus klinika ilə bağlı şok faktlar

BTQ bu cinayətlərə görə kompensasiya tələb edəcək

Bakıda beynəlxalq konfrans keçirilir

Diplomatların Cəbrayıl və Zəngilana səfəri başladı

Azərbaycan və Belarus arasında məsləhətləşmələr aparıldı

Türk yazarın İlham Əliyev haqda yazdığı tərbiyəsiz yazı...

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla