Yuxarı

Cəzalandırılan güləşçi millimizin üzvüdür? - Rəsmi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəzalandırılan güləşçi millimizin üzvüdür? - Rəsmi

10:16

Dopinq testi müsbət çıxdığına görə 48 aylıq cəzalandırılan güləşçi Məhəmməd Abdullazadə heç bir beynəlxalq yarışda iştirak etməyib və Azərbaycan millisinin üzvü olmayıb.

Axar.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev bildirib.

O, güləşçinin ən yaxşı halda gənclər arasında ölkə çempionatında üçüncü yeri tutduğunu deyib:

“Məhəmməd Abdullazadə heç bir beynəlxalq yarışda iştirak etməyib. Gənclər arasında Azərbaycan çempionatında güləşib. Səhv etmirəmsə, elə bu yarışda da dopinqə düşüb. Heç vaxt yığmanın üzvü olmayıb, ciddi nəticəsi də yoxdur. Ən yaxşı halda Azərbaycan çempionatında üçüncü yeri tutub. Hər çempionatdan sonra medal qazanan idmançılardan test nümunələri götürülür. Məhəmmədin testi müsbət çıxıb deyə diskvalifikasiya edilib. Lakin bu, 2024-cü il yanvarın sonu, fevralın əvvəllərində keçirilən Azərbaycan çempionatından sonra baş verib”.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Məhəmməd Abdullazadənin nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu səbəbindən 4 il müddətinə diskvalifikasiya olunduğunu açıqlayıb. Sanksiyanın qüvvəyə minmə tarixi ötən il martın 15-i göstərilib. Cəzanın müddəti 2028-ci il martın 15-də bitəcək.

Tarix
2025.05.05 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla