Yuxarı

Futbol qaydalarında inqilab: Penalti və VAR dəyişir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbolun oyun qaydalarını müəyyən edən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) penalti və VAR sistemində əsaslı dəyişikliklər etməyə hazırlaşır.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, "Tayms" qəzeti noyabr ayında keçiriləcək IFAB toplantısında bu təkliflərin gündəmə gətiriləcəyini qeyd edib.

Yeni qayda layihəsinə əsasən, penalti zamanı oyunçunun zərbəsi qapıçıdan və ya dirəkdən qayıtdıqda oyun dərhal dayandırılacaq. Belə hallarda hücumun davam etməsinə icazə verilməyəcək və top müdafiə edən komandaya qapı zərbəsi ilə veriləcək.

Digər bir dəyişiklik isə VAR sisteminə aiddir. Yeni qaydalara əsasən:

* Hakimin yanlış künc zərbəsi (korner) qərarı verdiyi hallarda VAR müdaxilə edə biləcək və qərarın düzəldilməsini təmin edəcək.

* İkinci sarı vərəqə hallarına da VAR müdaxilə edə biləcək. Əgər ikinci sarı vərəqənin səhv verildiyi aşkarlanarsa, VAR hakimi xəbərdar edəcək və qərarın dəyişdirilməsi mümkün olacaq.

Bu təklif olunan dəyişikliklərin məqsədi VAR-ın oyuna daha çox təsir etməsi və hakim səhvlərinin minimuma endirilməsidir. IFAB noyabrda bu dəyişiklikləri rəsmi şəkildə müzakirəyə çıxaracaq. Toplantıdan sonra məsələ ümumi yığıncaqda səsverməyə qoyulacaq. Təsdiqləndiyi təqdirdə, yeni qaydalar 1 iyun 2026-cı ildən qüvvəyə minəcək və ilk dəfə 2026-cı il Dünya Kubokunda tətbiq olunacaq.

Tarix
2025.07.18 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

Azərbaycan Rusiyada keçiriləcək bu iclasdan imtina etdi

Prezident onlara müraciət ünvanladı

İlham Əliyev hər zaman bizə sahib çıxıb - Tatar

İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla