
Ərdoğan hazır olduğunu bildirdi, Putin təşəkkür etdi
20:18
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Bu gün Bakının Səbail rayonunun bəzi hissələrində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Axar.az bu barədə Azərişıq ASC-yə istinadən xəbər verir.
Məlumata görə, Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində isti hava şəraitində elektrik xətlərində yarana biləcək yüklənmənin qarşısının alınması məqsədilə yenidənqurma işləri həyata keçiriləcək. Bununla bağlı saat 15:30-dan saat 17:00-a qədər rayonun 20-ci sahə adlanan ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Tarix
2025.07.18 / 15:50
|
Müəllif
Axar.az
|