Yuxarı

Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ərinin qətlində təqsirləndirilən Raidə Mahmudovanın cinayət işinin məhkəmə baxışı keçirilib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda Xətai Rayon Məhkəməsinin təyin etdiyi məhkəmə-tibbi eksperti Orxan Əliyev şahid qismində ifadə verib.

Ekspert təqsirləndirilənin ərinə yetirdiyi xəsarətlərin xarakteri barədə açıqlama verib:

"Hadisə baş verən gün mən hadisə yerində olmuşam. Meyiti yerində müayinə etmişəm. Əvvəl ilkin məlumatlara əsasən, münaqişənin ayaqüstü baş verdiyi ehtimal olunurdu. Lakin sonradan aydınlaşıb ki, mübahisə yataqda baş verib".

Təqsirləndirilən isə ifadəsi zamanı telefonla ərinin başına zərbə vurduqdan sonra onu itələyib otaqdan çıxdığını deyib.

Qətllə bağlı ortaya çıxan bir çox mübahisəli məqamlara aydınlıq gətirilməsi üçün növbəti prosesə ibtidai istintaqı aparmış müstəntiq dəvət olunub.

İyulun 25-də keçirilməsi nəzərdə tutulan növbəti prosesdə Patoloji Anatomiya Birliyinin məhkəmə tibbi eksperti yenidən dindiriləcək.

Qeyd edək ki, rəsmi məlumata görə, 24 oktyabr 2024-cü il tarixində, saat 8 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalar nəticəsində 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə həyat yoldaşı Hacı Mahmudovla aralarında yaranmış mübahisə zamanı ona küt alətlə baş nahiyəsinə zərbələr endirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Tarix
2025.07.18 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

Azərbaycan Rusiyada keçiriləcək bu iclasdan imtina etdi

Prezident onlara müraciət ünvanladı

İlham Əliyev hər zaman bizə sahib çıxıb - Tatar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla