
Sarıkökdən dərman kimi istifadə etmək olar? - Həkim
01:54
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.
Bu barədə Axar.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib.
Qeyd olunub ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3 263.1 və 263.1-1-ci maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 29-na təyin edilmiş iclasında baxılacaq.
Tarix
2025.07.18 / 20:04
|
Müəllif
Axar.az
|