Yuxarı

Vergi sisteminin inkişaf mərhələsi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vergi sisteminin inkişaf mərhələsi

Hər bir ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi siyasəti mühüm rol oynayır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və müstəqil siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edən, güclü iqtisadiyyata malik ölkəyə çevrilib. Məhz bu inkişafın nəticəsidir ki, Azərbyacanda hər sahədə olduğu kimi vergi sahəsində də inkişaf nəzərəçarpacaq dərəcədədir.

Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, vergi bazası genişləndirilməlidir:

"Buna nail olmaq üçün kifayət qədər ehtiyatlar var. Biz qeyri-formal iqtisadi fəaliyyəti leqal müstəviyə gətirməliyik və bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklər artıq qüvvəyə minmişdir və daha da gözəl imkanlar yaradır".

Dövlət başçısı qeyd edib ki, gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalıdır: "İnhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Hesab edirəm ki, fəal işləsək büdcə gəlirlərimizin məbləğini böyük dərəcədə artıra bilərik. Büdcəyə mövcud proqnozlardan daha çox vəsait daxil olmalıdır. Biz nağd pul dövriyyəsi sferasını azaltmalıyıq. Nağdsız ödəmələr genişləndirilməlidir. Müxtəlif vasitələr var. Buna nail olmaq üçün, o cümlədən fiskal təşviq mexanizmləri tətbiq edilməlidir ki, şirkətlər maraqlı olsunlar ki, nağdsız əməliyyatlar aparılsın. Deyə bilərəm ki, bütövlükdə son illər ərzində apardığımız islahatlar öz nəticəsini verməkdədir. Beynəlxalq iqtisadi və maliyyə qurumları Azərbaycanda iqtisadi sahədə aparılan siyasəti yüksək qiymətləndirirlər. Dünyanın ən böyük və mötəbər qurumlarından biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. Bu, doğrudan da böyük nailiyyətdir. Ancaq biz daha da səmərəli işləməliyik və hansı sahədə qüsur varsa, o qüsurlar, nöqsanlar aradan qaldırılmalıdır".

Ölkə başçısı vergi və gömrük orqanlarının şəffaf və səmərəli işləməli olduğunu diqqətə çatdırır:

" Vergi və gömrük orqanları şəffaf və səmərəli işləsələr daha çox büdcəyə vəsait toplaya bilərlər. Belə imkanlar, ehtiyatlar var. Həm vergi, həm gömrük orqanlarına müvafiq göstərişlər verilib ki, gələn il bu ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar".

Ölkəmizdə strateji əhəmiyyətli sahələrin inkişafının və əhalinin sosial müdafiəsinin vergi yolu ilə tənzimlənməsi məqsədilə zaman-zaman vergi qanunvericiliyində bir sıra azadolma və güzəştlər olunub. Belə ki, bir sıra kateqoriyadan olan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlər, banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər, dövlət müavinətləri, pensiyaları və təqaüdləri gəlir vergisindən, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması məqsədilə bir qrup malların idxalı isə əlavə dəyər vergisi və gömrük rüsumlarından azad olunub. 1993-cü ildən başlayaraq dövlətin apardığı məqsədyönlü vergi siyasəti nəticəsində fiziki şəxslərin gəlir vergisinin dərəcəsinin maksimal həddi 55%-dən 25%-ə, mənfəət vergisinin dərəcəsi 35%-dən 20%-ə, ƏDV-nin dərəcəsi 28%-dən 18%-ə endirilib. Bu da göstərir ki, respublikamızda vergi yükünün səviyyəsi bir çox ölkələrlə müqayisədə xeyli aşağıdır. Azərbaycanda 2001-ci ildən etibarən sadələşdirilmiş vergi tətbiq edilməyə başlanılıb. Sadələşdirilmiş verginin məqsədi vergi yükünün azaldılmasından, vergi və mühasibat uçotu və hesabatının kiçik müəssisələr və fərdi sahibkarlar üçün sadələşdirilməsindən ibarətdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi vergi siyasəti nəticəsində vergi qanunvericiliyi mütəmadi olaraq təkmilləşdirilir, müəyyən dəqiqləşmələr aparılır. Ölkə rəhbərinin vergi sistemini təkmilləşdirmək, vergitutma bazasını genişləndirmək, vergi xidmətini müasir Avropa standartlarına çatdırmaq haqqında verdiyi tapşırıqlar vergi sisteminin inkişafında xüsusi rol oynayır.

Dövlət başcısının bu sahədə verdiyi tapşırıqlar, əsasən vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılmasından, müasir kompüter və proqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində işlərin davam etdirilməsindən ibarətdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi dövlət Proqramı"nın (2005-2007) əsas məqsədi ölkədə vergi sistemini beynəlxalq standartlara uyğunlaşdırmaqla bu sahədə səmərəli inzibatçılığın yaradılmasına nail olmaqdan və ölkənin sosial-iqtisadi inkişafının sürətləndirməsinə təkan verən vergi daxilolmalarının müntəzəm artmasını təmin etməkdən ibarətdir. MDB məkanında ilk dəfə olaraq Azərbaycanda ƏDV-nin depozit hesabının yaradılması ilk növbədə dövlət tərəfindən ƏDV-nin ödənilməsinə nəzarətin daha da təkmilləşdirilməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına xidmət edir. Bundan əlavə ƏDV-nin depozit hesabı nağdsız hesablaşmaların aparılmasını nəzərdə tutur ki, bu da nağd qaydada aparılan hesablaşmaların məhdudlaşdırılmasına şərait yaradır.

"Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS)" layihəsi elektron hökumətin qurulması istiqamətində həyata keçirilən əsas layihələrdən biri olmaqla, vergi sistemində çox mühüm texnoloji dəyişikliklərə səbəb olub. Azərbaycanın vergi xidmətini təkcə MDB ölkələri arasında deyil, həm də Şərqi Avropada ən modern informasiya texnologiyasına malik bir orqana çevirilib. 2006-cı ilin əvvəlindən bu sistemin tətbiqi nəticəsində vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi sistemində sənəd dövriyyəsinin elektron formata keçirilməsinə, məlumatların işlənməsi sürətinin dəfələrlə artmasına, operativ və çevik vergi nəzarətinin qurulmasına, digər qurumlarla inteqrasiyanın həyata keçirilməsinə nail olunub.

Vergi sisteminin dünya standartlarına cavab verməsi istiqamətində görülən tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" 2011-ci il 24 noyabr tarixli Qərarının qəbul edilməsdir.

Respublikamızda hazırda da vergi sisteminin təkmilləşdirilməsi istiqamətində davamlı işlər görülür, bəzi boşluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə davamlı islahatlar həyata keçirilir.

Vergilər Nazirliyində vergi orqanlarına daxil olan şikayətlərə baxılması həmişə diqqət mərkəzində saxlanılır. Nazirlikdə həyata keçirilən tədbirlər nəticəsində hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılır, vətəndaşların və vergi ödəyicilərinin qanuni tələblərinin həlli üçün konkret tədbirlər görülür, qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilir. Mmüraciətlərin qəbulunu təmin etmək məqsədilə nazirliyin 2003-cü ilin sonundan Bakı şəhərini, 2006-cı ilin may ayından etibarən respublikanın bütün regionlarını əhatə edən "195" Çağrı Mərkəzi fəaliyyət göstərir. 2010-cu ildən Vergilər Nazirliyində "Onlayn kargüzarlıq" sistemi tətbiq olunur, ölkə vətəndaşları artıq bütün müraciətlərini vergi orqanına kompüter və ya mobil telefon vasitəsilə internet üzərindən göndərə bilirlər. Müraciət edən vətəndaş bu sistem üzərindən vergi orqanına göndərdiyi məktubların vergi orqanı daxilində hərəkətini onlayn rejimdə izləyə və icraçı ilə birbaşa telefon əlaqəsi yarada bilir. 2011-ci ilin oktyabr ayından vergi ödəyicilərinin videoqəbulu üçün də imkan yaradılıb. Vergilər Nazirliyində vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar bütün dövlət vergi orqanlarında ən son texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi qəbul otaqları yaradılıb.

2016-cı ilin birinci rübü ərzində vergi orqanlarına cəmi 387 faktiki şikayət daxil olub ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 20,2%, ötən ilin dördüncü rübü ilə müqayisədə isə 273 ədəd və ya 41,4% azdır. Şikayətlərin 31,3%-i səyyar vergi yoxlamaları, 29,7%-i kameral vergi yoxlamaları, 18,1%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 8%-i operativ vergi nəzarəti, 6,2%-i korrupsiya hüquqpozmaları, 6,7%-i digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, onların 78,9%-i müsbət həll olunub.

Dünya Bankının beynəlxalq iqtisadiyyatın müxtəlif sahələri və biznes mühitinin əlverişliyi üzrə qiymətləndirməsini özündə əks etdirən "Doing business 2016" hesabatı, eləcə də Dünya Bankı ilə PWC şirkətinin tərtib etdiyi "Paying taxes 2016" hesabatı ölkəmizin milli vergi sistemini biznesin aparılması nöqteyi nəzərindən yüksək dəyərləndirir. Azərbaycan bu hesabatlarda "Vergilərin ödənişi" meyarı üzrə dünyanın 189 iqtisadiyyatı arasında 34-cü yerdədir.

Vergilər naziri Fazil Məmmədov deyib ki, vergi inzibatçılığı sahəsində aparılan islahatlar, eləcə də vergi yükünün digər ölkələrlə müqayisədə xeyli az olması səbəbindən Azərbaycanın vergi sistemi vergilərin ödənilməsinin asanlığına görə bir çox inkişaf etmiş ölkələrin göstəricilərini belə qabaqlayır:

"Dünya Bankı ölkəmizdə biznesə başlama imkanlarını dünya ölkələri sırasında 7-ci yerdə dəyərləndirib. Bunlar çox mühüm göstəricilərdir və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın vergi sisteminin inkişaf səviyyəsinə verilən qiymətdir. İndi Azərbaycan iqtisadiyyatı yeni situasiyada inkişaf edir. Vergi orqanları üçün bu situasiyanın xüsusiyyətlərindən biri də odur ki, neft gəlirlərinin azalması ilə büdcəyə vergi daxilolmalarının da azalmasına baxmayaraq, büdcəmizin sosial yönümlüyünün saxlanılması, nisbətən aztəminatlı təbəqələrə, kiçik və orta sahibkarlara göstərilən dövlət dəstəyinin artırılması, ümumi biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər büdcəyə vergi daxilolmalarının artırılmasını tələb edir".

Müxtəlif beynəlxalq iqtisadi reytinqlərin yaxşı nəticələri Azərbaycan üçün son illər, demək olar ki, norma olub. İqtisadiyyatın bir çox sektorlarında intensiv islahatlar əncəbi ekspertlər tərəfindən də ədalətli qiymət alır. Görünən odur ki, Azərbaycanda vergi sistemi əhəmiyyətli dərəcədə təkmilləşdirilib və yaxın gələcəkdə kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli vergi mühitinin, eləcə də xarici investisiyaların cəlb edilməsi üçün rəqabətə davamlı vergi rejiminin yaradılması istiqamətində qabaqcıl yerlərdən birini tutacaq.

Məqalə "Yeni iqtisadi inkişaf modelinin formalaşmasında vergi siyasətinin rolu" istiqaməti üzrə hazırlanıb.

Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin "Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində" mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir.

Tarix
2016.07.11 / 13:00
Müəllif
İlkin Pirəli
Digər xəbərlər

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla