Yuxarı

Natiq Əliyev Londona gedir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Natiq Əliyev Londona gedir

Azərbaycanın energetika naziri ikinci Xəzər dəhlizi konfransında iştirak edəcək.

Bu barədə "Axar.az"a Azərbaycan Respublikasının Energetika Nazirliyindən məlumat veriblər.

Konfransın London Fond Birjasının baş ofisində keçirilməsi və Azərbaycanın energetika naziri Natiq Əliyev tədbirdə çıxış etməsi nəzərdə tutulub.

Konfransda həmçinin regionun iqtisadi inkişaf perspektivləri müzakirə ediləcək.

Konfransda N.Əliyevin, Qazaxıstanın neft və qaz naziri Uzakbey Karabalinin, Türkmənistanın energetika naziri Murat Artykovun, Avropa İttifaqının energetika üzrə komissarı Günter Ottinqerin iştirakı ilə gələcək əməkdaşlıq üçün dəyərli əlaqələrin təşəkkül tapması, daha da möhkəmləndirilməsi yollarına dair təqdimatlar keçiriləcək.

İkinci Xəzər dəhlizi konfransı çərçivəsində regionun artım amilləri, Böyük Britaniya ilə əlaqələr, regionda iqtisadi məsələlərin inkişaf həlləri təqdim ediləcək, həmçinin regionun biznes mühiti, energetika və maliyyə-bank sektoru, informasiya texnologiyaları, inşaat və digər sahələrdə inkişaf potensialı, problem və imkanların müzakirəsi planlaşdırılır. Həmçinin, Azərbaycan və region ölkələri üçün son dərəcə əhəmiyyətli olan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihlərinə dair müzakirələrin aparılması da konfransın proqramına daxil edilib.

Tədbirin təşkilatçıları London Fond Birjası, Azərbaycan Beynəlxalq Bankı, Britaniya-Azərbaycan İşgüzar Şurası və Böyük Britaniyanın "Asia House" təşkilatıdır.

Konfransda Xəzəryanı ölkələrin hökumət nümayəndələri, biznes və elmi dairələr, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edəcək.

Tarix
2014.03.02 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

Trampın həll etdiyi yeganə münaqişə budur - Knaysl

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar

Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla