Yuxarı

Rusiyadan OPEK-ə ciddi - Xəbərdarlıq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan OPEK-ə ciddi - Xəbərdarlıq

OPEK və kartelə üzv olmayan neft ölkələri ötən ilin noyabrında Vyanada əldə edilən anlaşmanın vaxtını uzatmasa, Rusiya 2017-ci ildə neft hasilatını 548-551 mln. tona qədər artıra bilər.

Report xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak müsahibəsində bildirib.

Nazir qeyd edib ki, hazırda anlaşmanın uzadılması barədə danışmaq üçün tezdir. Əvvəlcə onun qlobal neft ehtiyatlarına təsirinin öyrənilməsi lazımdır.

"Bizim hesablamalara görə, əgər anlaşma uzadılamsa, o zaman Rusiya hasilatı 548-551 mln. tona çıxaracaq", - deyə nazir vurğulayıb. Qeyd edək ki, Rusiya 2016-cı ildə 547,5 mln. ton neft hasil edib. Analitiklər anlaşmaya qoşulan ölkələrdən hər hansı birinin öhdəliyinə əməl etməməsi durumunda onun qüvvədən düşəcəyindən ehtiyat edirlər.

Xatırladaq ki, OPEK və qeyri-OPEK ölkələrinin növbəti iclası mayın 25-də keçiriləcək. Bu sammitdə anlaşmanın uzadılıb-uzadılmaması məsələsi müzakirə olunacaq. Son məlumatlara görə, hazırda OPEK anlaşma şərtlərinə 94%, qeyri-OPEK ölkələri isə 60% əməl edib. Ən az hasilatı azaldan ölkələrdən biri isə məhz Rusiyadır. O, 300 min barel əvəzində hasilatı fevral ayının yekunlarına əsasən 121 min barel azaldıb və öhdəliyinə 40% əməl edib. Bununla yanaşı, Rusiya ixracını 66 min barel/gün artırıb.

A.Novak həmçinin ABŞ-da gündəlik hasilatı ilə bağlı artım proqnozunu 300-400 min barel/gündən 400-500 min barel/günə yüksəldib.

Tarix
2017.03.03 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla